Ukrayna qüvvələri rusların cənubdakı ilkin cəbhə xəttini yararaq növbəti müdafiə mövqelərinə yaxınlaşıblar. Bu barədə Ukrayan müdafiə nazirinin müavini Hanna Maliar açıqlama verib.
Maliarın sözlərinə görə, Ukrayna əks-hücum əməliyyatında prioriteti cənub cinahına verir. Halbuki Rusiya əsas diqqətini Ukraynanın şərq cəbhəsinə yönəldib.
Rusların resurslarının əsas hissəsi Kupyansk, Xarkiv vilayətində cəmləşib. Belə ki, Moskva ukraynalıların ötən payızda azad etdikləri ərazilərə nəzarəti geri qaytarmağa can atır.
“Bu, onlar üçün mənəvi və hərbi nöqteyi-nəzərdən mühümdür,” Maliar bildirib.
Bu arada Baxmut ətrafında ukraynalılar “ləng, ancaq ardıcıl” olaraq irəliləyirlər. Rus qüvvələri şəhərin şimalında itirlmiş mövqelərini geri qaytarmağa cəhd göstərir.
Maliar əlavə edib ki, Donetsk vilayətinin Avdiivka və Marinka məntəqələri ətrafında qızğın döyüşlər gedir.
Forum