Accessibility links

Afiəddin Məmmədovun saxlanıldığı bildirilir


Söyüdlü kəndində baş verən hadisələrlə bağlı İşçi Qrupunun həmtəsisçisi Afiəddin Məmmədov
Söyüdlü kəndində baş verən hadisələrlə bağlı İşçi Qrupunun həmtəsisçisi Afiəddin Məmmədov

Avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Kuryerlər bildirib ki, polis mopedlərin mühərriklərinin işçi həcminin 50 kubsantimetrə qədər olduğunu əsas gətirərək, A kateqoriyalı sürücülük vəsiqəsi tələb ediblər.

Aksiyanın ardından İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin saxlanıldığı deyilir. Bu barədə məlumatı Amerikanın Səsinə "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli bildirib.

"Afiəddin Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən evinə gedərkən yolda oğurlanıb. 3 saat əvvəl Kuryerlər Birliyinin aksiyası zamanı artıq mülki polis əməliyyatçılarının bizi izlədiyini hiss etmişdik. Hazırda Afiəddinin telefonu açıq olsa da 2 saatdır ki, əlaqə qura bilmirik", o deyib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, nazirlik moped sürənlərin sürücülük vəsiqəsi ilə təmin olunmasında onlara köməklik göstərəcək. Afiəddin Məmmədovun isə saxlanıldığı barəsində araşdırma aparıldığı deyilib.

Forum

XS
SM
MD
LG