Accessibility links

Vəkil: Pünhan Kərimli barəsində bəraət hökmü çıxarılmalıdır


Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan Pünhan Kərimlinin atası Vahid Kərimov.
Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan Pünhan Kərimlinin atası Vahid Kərimov.

Avqustun 1-də Bakı Apellyasiya Məhkəməsində Almaniyadan Azərbaycana readmissiya olunandan bir qədər sonra narkotik ittihamı ilə həbs olunanlardan biri - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işi üzrə ilkin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 6 il həbs cəzası verilib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb. Mayın 16-da Ali Məhkəməyə kassasiya şikayətində də bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Hakim Cavid Hüseynin sədrlik etdiyi iclasda Pünhan Kərimli yenidən ifadə verib. O, öz çıxışında günahsız olduğunu bildirib. Pünhan Kərimlinin sözlərinə görə, o, siyasi baxışlarına, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi fikirlərinə və Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılır. O məhkəmədən bəraət istəyib.

Pünhan Kərimlinin vəkili Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində Kərimliyə bəraət verilməli olduğunu bildirib.

Vəkil Cavad Cavadov: Pünhan Kərimli barəsində bəraət hökmü çıxarılmalıdır
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Məhkəmə iclasında Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edib.

Məhkəmə baxışı avqustun 15-nə təyin edilib.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş 2014-cü ildə imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. 2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub.

Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG