Accessibility links

Şimali Koreya paradda ballstik raketlərini sərgiləyir, Rusiya ilə həmrəylik ifadə edir


Şimali Koreya paytaxt Pxenyanda düzənlənən nəhəng paradda nüvə qabiliyyətli ballistik raketlərini və yeni hücum dronlarını nümayiş etdirib. Parada Şimali Koreya rəhbəri Kim Conq Un, Çin və Rusiyadan gəlmiş nümayəndə heyətləri qatılıblar.

Cümə axşamı keçirilən parad Koreya Müharibəsinin bitməsinə həsr olunub. Şimali Koreyada həmin gün “Qələbə Günü” olaraq qeyd olunur.

Rusiya müdafiə naziri Sergey Şoyqunun da tərkibində olduğu Çin və Rusiya hərbi nümayəndələri COVID-19 pandemiyası başlandıqdan bəri Şimali Koreyaya gələn ən yüksək rütbəli xarici dövlət rəsmiləridir.

BMT Təhlükəsizlik Şurasının, o cümlədən Rusiya və Çinin razılığı ilə qadağan olunmuş nüvə qabiliyyətli raketlərin görüntülənməsi ilə müşayiət olunan parada Rusiya və Çin nümayəndələrinin qatılması əvvəlki illərlə təzad təşkil edir. Belə ki, indiyədək Pekin və Moskva bu növ tədbirlərdən məsafə saxlayırdı.

Paradda Şimali Koreyanın son model Husaonq-17 və Huasonq-18 qitələrarası ballistik raketləri nümayiş etdirilib. Bu növ raktelərin Birləşmiş Ştatlar ərazisini hədəf almaq iqtidarında olduğuna inanılır.

Şoyqu ilə birgə keçirilən ziyafətdə Şimali Koreya lideri Rusiya xalqı və silahlı qüvvələri ilə həmrəyliyini ifadə edib.

Vaşinqton Pxenyanı Rusiyanın Ukraynadakı müharibəsinə yardım məqsədilə Moskvanı silahla təchiz etməkdə günahlandırıb.

Pxenyan və Moskva öz aralarında hərbi əməkdaşlığın olduğunu inkar edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG