Accessibility links

 
Azərbaycan Rusiya sülhməramlı kontingentini sərnişin təyyarələrinə qarşı radiomaneələri aradan qaldırmamaqda günahlandırır

Azərbaycan Rusiya sülhməramlı kontingentini sərnişin təyyarələrinə qarşı radiomaneələri aradan qaldırmamaqda günahlandırır


Təyyarə (Mənbə: AZAL)
Təyyarə (Mənbə: AZAL)

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini Azərbaycan ərazisində sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə rasdiomaneələri aradan qaldılmamaqda günahlandırıb.

Azərbaycan Müdafiə Nazirliyinin iyulun 28-də yaydığı məlumatda deyilir ki, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib.

“İyulun 24-də Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə, iyulun 25-də Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə və iyulun 27-də Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb”, məlumatda qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb.

“Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib,” nazirlik qeyd edir.

Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazisində, Qarabağda müəvqqəti yerləşdirilən sülhməramlı kontingenti Azərbaycan Müdafiə Nazirliyinin məlumatı ilə bağlı hələ şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG