Accessibility links

Cümə günü Qubad İbadoğlunun apellyasiya şikayətinə baxılacaq


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu barəsində həbs qərarından verilmiş apellyasiya şikayətinə iyulun 28-də baxılacaq. Qubad İbadoğlunun həbsi ilə bağlı proses Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, apellyasiya şikayətində Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinin zəruri olmadığını bildiriblər.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

ADR Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıı b.

Qubad İbadoğlu saxlandıqdan sonra onun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur, həmin mənzil onun adına olsa da, uzun illərdir ki, oradan istifadə etmir.

Qubad İbadoğlu axtarışdan sonra ofisdən çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişi ilə həbs olunduğunu bildirib.

XS
SM
MD
LG