Accessibility links

Baş redaktor və polkovnik həbs edilib


Vüqar Məmmədov (Mənbə: Facebook)
Vüqar Məmmədov (Mənbə: Facebook)

İyulun 24-də məhkəmə qərarı ilə "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov və Müdafiə Nazirliyinin keçmiş hərbi qulluqçusu, ehtiyatda olan polkovnik Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov və Elnur Məmmədov tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Ehtiyatda olan polkovnik Elnur Məmmədov (Mənbə: Facebook)
Ehtiyatda olan polkovnik Elnur Məmmədov (Mənbə: Facebook)

Elnur Məmmədov Müdafiə Nazirliyinin fəaliyyətini kəskin tənqidləri ilə tanınır.

O bundan öncə 2022-ci il iyunun 6-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Məmmədov Müdafiə Nazirliyinin hüquq departamentinin rəisi Elçin Əliyevin xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinib.

Xatırladaq ki, Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edikədn sonra həbsə məruz qalıb.

XS
SM
MD
LG