Accessibility links

İran polisinin rəisi məcburi hicab qanunu tətbiq etmək missiyasını “dönməz” adlandırıb


İranın əxlaq polisi ölkənin məcburi hicab qanununu tətbiq etmək üçün yenidən küçələrə qayıdandan bir neçə gün sonra İran polisinin rəisi bunu “xoş-niyyətli” və “dönməz” missiya adlandırıb.

Polis rəisi Əhməd-Rza Radan cümə axşamı Kirman vilayətində keçirilən mətbuat konfransında “hicabsız qadınlarla məşğul olmağı” “dini vəzifə və qanuni öhdəlik” adlandırıb.

Bu arada isə İranın baş hakimi məhkəmə sistemini hicabla bağlı işlərə “xüsusi hakimləri” təyin etməyə çağırıb.

Əxlaq polisinin küçələrdə mövcudluğu 22 yaşlı Məhsa Əminin polisin nəzarətində ikən ölümündən sonra baş qaldıran hökumət əleyhinə ümummili etirazlardan sonra böyük ölçüdə azalmışdı. Əmini hicabını düzgün örtməmək iddiası ilə İranın əxlaq polisi tərəfindən saxlanılmışdı.

Küçədə etirazların azalmasına baxmayaraq, İranda çox sayda qadın Əmininin ölümündən sonra açıq-aşkar şəkildə məcburi hicaba qarşı çıxıb. Əminin ölümünün ildönümü yaxınlaşdığı bir vaxt, Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqi zamanı Amerikanın Səsinin sualına cavab olaraq öz narahatlığını ifadə edib. O deyib ki, “məcburi hicabın” yenidən tətbiqi onu göstərir ki, “İslam Respublikası son etirazlara məhəl qoymayıb.”

Mayda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İranı məcburi hicab qanunlarını dekriminallaşdırmağa çağıraraq xəbərdarlıq edib ki, belə görünür küçə etirazları azaldığı bir vaxt, qadınların qısnanması, o cümlədən nə geyinib-geyinmədəklərinə müdaxilə etmək halları intensivləşib.

“Qadınlar və qızlar hakimiyyətin ayrı-seçkilik yaradan məcburi hicab qaydalarını tətbiq etməsi ilə getdikcə daha sərt hüquqi, sosial və iqtisadi tədbirlərlə üzləşirlər,” Volker Türk Cenevrədə müxbirlərə deyib. “Mən hökuməti iranlıların islahat çağırışlarına məhəl qoymağa və məcburi geyim koduna riayət etməməyi kriminallaşdıran nizamlamaları ləğv etməyə çağırıram.

İran aprel ayında məcburi hicab qanununu tətbiq etmək üçün yeni daxili nəzarət proqramına başlayıb.

XS
SM
MD
LG