Accessibility links

Azərbaycan Ermənistandan sərhəddə metallurgiya zavodunun tikintisinin dayandırılmasını tələb edib


Poladəritmə zavodu (Arxiv foto. Mənbə: VOA)
Poladəritmə zavodu (Arxiv foto. Mənbə: VOA)

Azərbaycan hökuməti Ermənistana müraciət edərək Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə (Yerasx) iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib. Müvafiq məktubu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ermənistanın ətraf mühit nazirinə göndərib.

Azərbaycan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir ki, məktubda qeyd olunur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Arazdəyən yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedur başlanılıb.

"Sözügedən Konvensiyasının 1-ci əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır. Konvensiyanın 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin Azərbaycan Ermənistandan bununla bağlı heç bir bildiriş almayıb".

Məktubda qeyd olunur ki, Azərbaycan ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edir. Eyni zamanda Azərbaycan hökuməti layihənin transsərhəd təsirilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib.

Müvafiq müraciət Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də ünvanlanıb, Nazirlər Kabinetinin məlumatında deyilir.

Öz növbəsində Ermənistanın Ətraf Mühit Nazirliyinin mətbuat katibi Ani Akopyan bildirib ki, nazirlik Bakıdan Yerasxda (Arazdəyən) zavodun tikintisinin dayandırılması tələbi ilə bağlı rəsmi məktub almayıb.

“Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin Ermənistanın ətraf mühit nazirinə ünvanladığı məktubda iri metallurgiya zavodunun tikintisinin dayandırılmasını tələb etməsi ilə bağlı mətbuatda yayılan məlumatlara cavab olaraq bildirirəm ki, nazir Akop Simidyanın təmsil olunduğu nazirliyə rəsmi olaraq heç bir məktub daxil olmayıb”, Akopyan yazıb.

Bundan əvvəl Yerasxda Amerikanın Virtual Funding və CSE Global Investments şirkətləri metallurgiya zavodunun tikintisinə başlayıb. Bir neçə gün əvvəl bu ərazidə Azərbaycvan və Ermənistan Silahlı Qüvvələri arasında qarşılıqlı atışmalardan sonra zavodun tikintisinin müvəqqəti dayandırıldığı bildirlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG