Çinin dövlət mediasının məlumatına görə, ölkənin şimal-qərb Gansu vilayətində təbii fəlakət səbəbi ilə 36 adam həlak olub. Sinxua agentliyi bir neçə gün davam edən yağışların yaratdığı daşğınlara görə 23 adamın itkin düşdüyünü bildirib. Gansu vilayətində şiddətli yağışlar və torpaq sürüşməsi 1200-dən artıq insanın ölümünə yol açıb. Onların əksəriyyəti keçən həftə Zhouqu şəhərində palçıq altında qalıb. Vençuan şəhərində torpaq sürüşməsi 15 adamın ölümünə səbəb olub. Bu şəhərdə 2008-ci ildə baş verən zəlzələ nəticəsində 80000 adam ölmüşdü. Hazırda yüksək riskli ərazilərdən sakinlər evakuasiya edilir.