Accessibility links

Ukrayna ordusu cəbhə boyu gərgin döyüşlərin getdiyini bildirir, Putin kaset bombalarına qarşı cavab tədbirləri ilə hədələyir


Ukrayna hərbi qüvvələri Ukraynanın cənub-şərqində Berdyansk yaxınlığında uğurları və Rusiya qüvvələrinin şimal-şərqdə Kupyansk və Xarkov istiqamətində hücumlarını qeyd edərək, bir neçə rayonda intensiv döyüşlərin getdiyini bildirir.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar bildirib ki, Kyiv qüvvələri Donetsk vilayətinin iki şəhəri yaxınlığında Rusiyanın hücumlarını dəf edir. O, Xarkov vilayətinin Kupyansk istiqamətində gedən döyüşləri şərh edərək, Rusiya qüvvələrinin iki gün ardıcıl olaraq iki şəhərə hücum etdiyini bildirib.

“Düşmən iki gün ardıcıl olaraq Xarkov vilayətinin Kupyansk istiqamətində fəal şəkildə irəliləyir. Biz müdafiədəyik. Şiddətli döyüşlər gedir, tərəflərin mövqeləri gündə bir neçə dəfə dəyişir”. müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O həmçinin iki ordu arasında Baxmut şəhəri ərazisində döyüşlərin getdiyini bildirib.

Döyüşlər Kyievin keçən ay Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmaq üçün başlatdığı əks-hücum əməliyyatının davamıdır. Hərbçilərin hərbi naliyyətlərlə bağlı iddiaları müstəqil şəkildə təsdiqlənməyib.

Bununla belə, Malyar qeyd edib ki, Ukrayna qüvvələri Baxmut bölgəsində “tədricən irəliləyir”.

“Baxmut bölgəsindəki cənub cinahda hər gün irəliləyiş var. Biz şimal cinahda mövqelərimizi saxlamağa çalışırıq, düşmən hücuma keçir”, o bildirib.

Vaxtilə 70 min əhalisi olan və duz mədənləri ilə tanınan şəhər Ukraynada müharibənin ən uzun və ən qanlı döyüşü nəticəsində dağıdılıb.

Rusiya prezidenti Vladimir Putin dövlət televiziyasına müsahibəsində Ukraynanın əks-hücumunun “uğurlu olmadığını” və Rusiyanın müdafiəsini yarmaq cəhdlərinin uğursuz olduğunu bildirib.

Putin ABŞ-ın Ukraynaya kaset bombaları verməsini də tənqid edərək, Rusiya qüvvələrinə qarşı belə silahlardan istifadə ediləcəyi təqdirdə “biz cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq” deyib.

“Rusiya Federasiyasının kifayət qədər müxtəlif tipli kaset sursatları ehtiyatı var, indiyədək bu, edilməyib”, Putin müsahibəsində deyib və “müəyyən müddət ərzində məlum olan sursat çatışmazlığına” baxmayaraq, bunun belə olduğunu iddia edib.

Ukrayna Putinin şərhlərinə hələ münasibət bildirməyib.

Kyiv və Qərbin kəşfiyyat agentlikləri Moskvanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müdaxiləyə başladıqdan qısa müddət sonra bu tipli bombalardan istifadə etdiyini müəyyən ediblər.

Kasset bombaları dünya miqyasında 100-dən çox ölkə tərəfindən qadağan edilib.

XS
SM
MD
LG