Accessibility links

"İnqilabın Səsi" platformasının üzvü Məhərrəm Əkbərovun saxlanıldığı bildirilir


Məhərrəm Orucov
Məhərrəm Orucov

İyulun 15-də Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi Məhərrəm Əkbərovun Xırdalanda, yaşadığı evin yaxınlığında saxlanıldığı bildirilir. Bu barədə sosialist fəalın yaxınları Amerikanın Səsinə məlumat verib.

"Demokratiya 1918" Hərəkatının üzvü Afiəddin Məmmədov bildirib ki, Məhərrəm Əkbərov Türkiyədəki Sosialist Əməkçilər Partiyasının tərkibindəki "İnqilabın Səsi" platformasının üzvüdür:

"Platforma Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı müxtəlif paylaşımlar edib. Fəalın Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən aparıldığı bildirilir, amma ailəsinə heç bir məlumat verilmir. Onun hansı səbəbdən saxlanıldığı haqda məlumat yoxdur".

Dostları onun saxlanılmasının siyasi olduğunu deyirlər.

Sosial Əməkçilər Partiyasının Twitter hesabında da bu barədə məlumat paylaşılıb.

"Yoldaşımız Məhərrəm Əkbərov bir müddət Azərbaycan polisi tərəfindən təqib olunduqdan sonra evinin yaxınlığından qaçırılıb. Ailəsinin gərgin səyləri qarşısında onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı öyrənilib. Xalqı soyan Əliyev oliqarxiyası ancaq kobud güclə sağ qalmağa çalışır", bəyanatda deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Məhərrəm Əkbərova 30 sutka inzibati həbs cəzası verilib. Hacıyev fəalın hansı maddə ilə ittiham olunduğu barədə məlumatının olmadığını qeyd edib.

Elektron Məhkəmə Sistemində Məhərrəm Əkbərova Xətai Rayon Məhkəməsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 1 ay inzibati həbs cəzası verildiyi yazılıb.

XS
SM
MD
LG