Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Bildirilir ki, nazir, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb, lakin hələ ki, onun yerinə təyinat olmayıb.
Ehsan Zahidov 1992-ci ildən daxili işlər orqanlarında çalışır.
O, 1993–1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Ehsan Zahidov uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəhbərlik edib.
2010-cu ildə daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ehsan Zahidov nazirliyin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb.
2017-ci ildə isə Mətbuat Xidmətinin rəisi təyin edilib.