ABŞ Mərkəzi Komandanlığının iyul 9-da verdiyi məlumata görə, ABŞ Suriyanın şərqində hava hücumları nəticəsində İslam Dövləti qrupunun liderini qətlə yetirib.
Bəyanatda deyilir ki, Usama Al-Muhaciri öldürən hava hücumu iyulun 7-də həyata keçirilib.
“Biz regionda İŞİD-i məğlub etmək qətiyyətində olduğumuzu aydın nümayiş etdirdik” – deyə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl “Erik” Kurilla bildirib: “İŞİD nəinki regiona, həm də ətraf ərazilərə təhlüklə olaraq qalmaqdadır.”
Bəyanatda əlavə edilir ki, İslam Dövləti qrupuna qarşı İraq və Suriya tərəfdaşları ilə bərabər həyata keçirilən əməliyyat qrupun məğlubiyyəti ilə nəticələnəcək.