Accessibility links

Təhlilçilər: Muzdluların qiyam cəhdinin rus əsgərlərin əhvalına təsiri ola bilər


Təhlilçilər: Muzdluların qiyam cəhdinin rus əsgərlərin əhvalına təsiri ola bilər
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Təhlilçilər: Muzdluların qiyam cəhdinin rus əsgərlərin əhvalına təsiri ola bilər

Ukrayna qüvvələrinin iyun ayında Rusiyaya qarşı başlatdığı əks-hücum əməliyyatı çərçivəsində son bir həftədə ölkənin şərq və cənubunda 37 kvadrat kilometr ərazini geri aldığını bildirir. Təhlilçilər deyir ki, Rusiyanın yüksək rütbəli komandirlərinə qarşı bu yaxınlarda baş verən qiyamın rus əsgərlərinin döyüş meydanındakı əhval-ruhiyyəsinə təsiri ola bilər.

Rusiya Ukraynanın şərqində dron hücumları həyata keçirir, Sumıda olduğu kimi.

Ukrayna Müdafiə Nazirliyi bazar etəsi bildirib ki, Ukrayna qoşunları şərqdə Baxmut şəhərinin ətrafında Rusiya qüvvələri ilə şiddətli döyüşlər aparır və ərazilər geri alıb.

Şənbə günü Londonda Ditçli Fondunda çıxış edən ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Vilyam Burns deyib ki, iki həftə əvvəl muzdluların lideri Yevgeni Priqojin təfərindən silahlı qiyam Rusiya dövləti və Prezident Vladimir Putin üçün bir sınaq idi.

"Maraqlıdır ki, Priqojin bu hərəkətlərindən əvvəl Kremlin Ukraynaya təcavüzü və Rusiya hərbi rəhbərliyinin müharibəni aparmaq üçün irəli sürdüyü uydurma əsaslandırması ilə bağlı sərt ittihamlar irəli sürüb. Bu sözlərin və bu hərəkətlərin təsiri hələ bir müddət davam edəcək və bu da, Putinin müharibəsinin öz cəmiyyətinə və öz rejiminə aşındırıcı təsirinin aydın göstəricisidir,” o bildirib.

Moskvada, Rusiya müdafiə naziri Sergey Şoyqu bazar ertəsi qiyamdan sonra ilk dəfə qiyamla bağlı şərh verib.

“Söhbət iyunun 23-25-də Rusiyada sabitliyi pozmaq cəhdindən gedir. Bu planlar, ilk növbədə ona görə pozuldu ki, silahlı qüvvələrin üzvləri andlarına və hərbi borclarına sədaqət nümayiş etdirdilər,” o deyib.

Ancaq ekspertlər deyir ki, onlar CIA direktoru Vilyam Burnslə razıdır ki, Priqojinin qiyamı Putini zəiflədir və zamanla Ukraynada döyüşən rus əsgərlərin əhvalına təsir göstərə bilər.

“Əgər mən bu fiaskonu, bu qiyamı, daha sonra Putinin cavabını və Putinin satqınlardan onun qüvvələrinə qoşulmağa çağırdığını izləyən [Rusiya] əsgərlərindən biri olsaydım. Yadda saxlayın ki, o, bunları etdi. O, milli televiziyaya çıxdı və bu uşaqlara, bu quldurlara, bu muzdlulara, bu satqınlara, rus əsgərlərini öldürən insanlara yalvarıcı tərzdə çağırış etdi. … Düşünürəm ki, insanların bunu başa düşməsi həqiqətən vacibdir,” ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl MakFaul deyir.

Bİr digər analitik Amerikanın Səsinə deyib ki, Priqojinin qiyamı müharibənin gedişatını bir gecədə dəyişməyib, amma Putin üçün saatlı bomba ola bilər.

“Priqojin göstərdi ki, bu mümkündür. O göstərdi ki, bunu etmək olar. O, bir çox cəhətdən Rusiya dövləti tərəfindən bir növ orta səviyyəli qiyama müqavimətin çox zəif olduğunu və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Putinə dəstəyin kifayət qədər soyuq olduğunu göstərdi,” Amerika Katolik Universitetinin tarix professoru Maykl Kimmac deyir.

Bu arada isə bazar ertəsi Haaqada Ukraynada aqressiyanın təqibi üzrə mərkəz açılıb. Bu, aqressiya cinayətlərini təqib etmək mandatı məhdud olan Niderlandda yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətini artırır.

XS
SM
MD
LG