Accessibility links

BMT təhqiqatçıları: İran etirazçılara qarşı qəddar repressiyalara son qoymalıdır


BMT təhqiqatçıları 22 yaşlı Məhsa Əminininhicab və ya çadra ilə başını düzgün örtmədiyi iddiası ilə qondarma əxlaq polisi tərəfindən həbs edildikdən və həbsdə öldürüldüyündən 10 ay keçməsinə baxmayaraq, İran hakimiyyətinin təhqiqat aparmamasını və məsuliyyət daşıyanları ədalət qarşısına çıxarmamasını pisləyib.

2022-ci il noyabrın 24-də yaradılan üç nəfərdən ibarət missiya Əmininin 16 sentyabrda ölümündən sonra baş verən etirazlar, xüsusən də qadınlar və qızlarla bağlı insan haqları pozuntularını araşdırmaq üçün çərşənbə günü BMT-nin İnsan Hüquqları Şurasına ilk şifahi məlumat təqdim edib.

İranda insan haqlarının pozulması ilə bağlı iddialar artıq dünya mediasının diqqətini çəkməsə də, panel ölkədə vəziyyətin pisləşməkdə davam etdiyini bildirib. Bildirilib ki, əsassız həbslər, cinsi və gender əsaslı zorakılıq, işgəncə, zorla yoxa çıxma və dinc nümayişçilərin ölümü ilə bağlı xəbərlər dinlənilməkdə və qəbul edilməkdə davam edir.

İran üzrə Müstəqil Beynəlxalq Fakt Araşdıran Missiyanın sədri Sara Hüseyn qeyd edib ki, İran hökumətinin etirazlarla bağlı 22 min nəfəri əfv etdiyini elan etməsi “daha çoxunun saxlanıldığını və ya ittiham olunduğunu deməyə əsas verir”.

Faktaraşdırıcı missiya bildirib ki, həbsdə qalanlar arasında etiraz aksiyaları ilə bağlı reportaj hazırladıqları üçün ən azı 17 jurnalist və etirazçıları müdafiə edən çox saylı insan haqları müdafiəçiləri var.

O əlavə edib ki, ölkənin məcburi örtünmə qanununa tabe olmaqdan imtina edən qadın və qızlar həbslərə və ailə üzvlərinə təzyiqlərə məruz qalır. Hüseyn bildirib ki, etirazçılar beynəlxalq insan haqları hüququ ilə qorunan hüquqlardan istifadə etdikləri üçün sərt şəkildə cəzalandırılmaqda davam edirlər.

“Noyabr ayından bu yana ən azı 26 nəfərin etirazlarla bağlı ölüm hökmünə məhkum edildiyi və onlarla daha çox adama ölüm cəzası ilə bağlı ittihamlar irəli sürüldüyü bildirilir”.

Təhqiqatçılar İran hakimiyyətini edamları dayandırmağa və qanuni şəkildə dinc toplaşmaq hüququndan istifadə etdiklərinə və etirazlar barədə məlumat yaydıqlarına görə həbs olunanların azad edilməsinə çağırıb.

Müstəntiqlər İran hökumətini mandatları ilə əməkdaşlıq etməyə və təsirə məruz qalanların "dəlil təqdim etmək üçün maneəsiz və təhlükəsiz çıxışını" təmin etməyə çağırıb.

Onlar əlavə edib ki, İran etirazlarla bağlı cinayətlərə görə məsuliyyət daşıyanları təqib etməli, cəzalandırmalı və bütün qurbanlara təzminat ödəməlidir.

Fakt-araşdırıcı missiya əldə etdiyi nəticələrə dair geniş hesabatı şuraya 2024-cü ilin mart sessiyası zamanı təqdim edəcək.

XS
SM
MD
LG