Accessibility links

Anonim mesajda Tixanovskayanın ərinin həbsxanada öldüyü iddia edilib


Svetlana Tixanovskaya
Svetlana Tixanovskaya

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya çərşənbə axşamı bildirib ki, ona anonim mesaj gəlib ki, həbsdə olan əri, eyni zamanda müxalifətçi dəmir barmaqlıqlar arxasında ölüb.

Populyar bloger və müxalifət fəalı 44 yaşlı Serhey Tixanovskiy 2020-ci ildə Belarusun avtoritar lideri Aleksandr Lukaşenko ilə həmin il keçiriləcək prezident seçkilərində mübarizə aparmaq planlarını açıqladıqdan sonra həbs edilib.

Onun həyat yoldaşı Svetlana Tixanovskaya həbsdən sonra onun yerinə Lukashenko ilə mübarizə aparıb. Ölkə daxilində onu bir çox insan dəstəkləyib.

Seçkilərin rəsmi nəticələri Lukaşenkoya altıncı prezidentlik müddətini təqdim edib, lakin seçkilər müxalifət və Qərb tərəfindən saxtakarlıq kimi qiymətləndirilib.

Səsvermədən sonra başlayan görünməmiş etirazlar fonunda Tixanovskaya hakimiyyətin təzyiqi altında ölkəni tərk edib. Onun əri daha sonra kütləvi iğtişaşların təşkilində ittiham edilərək 19 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Tixanovskaya Associated Press-ə bildirib ki, o, martın əvvəlindən ərindən heç bir xəbər almayıb - ona məktublar artıq çatdırılmır və vəkilinə onunla görüşə icazə verilmir.

Belarus hakimiyyəti vəziyyəti şərh etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG