Accessibility links

Təbrizdə 5 güneyli fəal məhkəməyə çağırılıb


Şərqi Azərbaycan Ədliyyə İdarəsi
Şərqi Azərbaycan Ədliyyə İdarəsi

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, 5 azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinə çağırılıb.

Güneyli milli fəallar, may ayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Davud Şiri, Hüseyn Əmani, Cavad Əhmədzadə, Məhəmməd Əli Rzayi və Əlirza Səbri bu şəhərin İnqilab Məhkəməsinə çağırılıb.

Bu milli fəallar "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamı ilə üzləşiblər. Onlar bildirişdə qeyd olduğu kimi, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsində bu ittihamla bağlı müdafiələrini təqdim etməlidirlər.

Azərbaycan İnsan Haqları Təşkilatı (AHRO) Twitter hesabında məhkəmədən bu fəallara göndərilən çağırış vərəqəsini dərc edərək, bu barədə xəbər yayıb.

İnsan haqları fəallarının açıqladığı məlumatda milli fəallarıın 2006-cı ilin may ayında İran Azərbaycanında baş verən böyük etirazların ildönümü tədbirləri ilə bağlı bu ilin may ayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.

Fəallar həbs olunarkən təhlükəsizlik qüvvələrinin onların evlərində reyd keçirdiyi vaxt onların şəxsi əşyalarını müsadirə etdiyi qeyd olunmuşdu.

XS
SM
MD
LG