Accessibility links

ABŞ-da Müstəqillik Günü qeyd edilir


ABŞ prezidenti Co Bayden ölkənin Müstəqillik Günü bayramını 4 iyul-Müstəqillik Gününü Ağ Evdə bir sıra tədbirlərlə qeyd edir.

Prezident və birinci xanım Cill Baydenlər Milli Təhsil Assosiasiyası ilə tədbirdən sonra hərbçi ailələrini manqal yeməyində görüşəcək.

Baydenin axşam saatlarında Ağ Evdə hərbçilərin və veteran ailələr qarşısında açıqlamalar verəcəyi planlaşdırılır. Ağ Ev tədbiri, həmçinin Milli Mall-da Vaşinqtonun atəşfəşanlıq nümayişi üçün əsas baxış yeri olacaq.

ABŞ Kapitoli ərazisində televiziya ilə yayımlanan illik Müstəqillik Günü konserti olacaq.

Builki ifaçılar arasında Chicago, Babyface, Milli Simfonik Orkestri və ABŞ Ordu Orkestri yer alır.

Vaşinqton, həmçinin çərşənbə axşamı Konstitusiya prospektində ənənəvi Müstəqillik Günü paradına ev sahibliyi edir.

Bayram Konqresin 4 iyul 1776-cı ildə Müstəqillik Bəyannaməsini koloniyaların Böyük Britaniyadan ayrılmasını elan edən sənədi yekdilliklə qəbul etməsi ilə əlamətdardır.

XS
SM
MD
LG