Rusiya çərşənbə axşamı Moskva və ətraf bölgələrə hücum edən beş Ukrayna dronunu vurduğunu bildirib.
Rusiya müdafiə nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri dronlardan dördünü vurub, beşincisinə isə elektron müdaxilə edilib və o qəzaya uğrayıb.
Dronlar Moskvanın cənubunda Vnukovo Beynəlxalq Hava Limanında əməliyyatları müvəqqəti olaraq dayandıraraq, rəsmilərin təyyarələri başqa hava limanlarına istiqamətləndirməsinə səbəb olub.
Rusiyanın xarici işlər nazirliyinini sözçüsü Maria Zaxarova deyib ki, dron hücumu Ukrayna tərəfindən “terror aktıdır.”
Ukrayna rəsmiləri heç bir şərh verməyib.
Ukrayna adətən Rusiya ərazisinə hücumlara görə məsuliyyəti üzərinə götürmür.
Əks-hücum
Britaniya Müdafə Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri Ukraynanın ötən ay başlatdığı əks-hücuma cavab olaraq, taktikalarını dəyişib və buna tank əleyhinə minalardan ağır istifadə daxildir.
“Rusiya Ukraynanın irəliləməsini yavaşladaraq, daha sonra birtərəfli hücum dronları, hücum helikopterləri və artilleriya ilə Ukraynanın zirehli texnikasına zərbələr endirməyə cəhd edib,” Britaniya Müdafiə Nazirliyinin gündəlik hesabatında deyilir.
Ukrayna 2022-ci ilin fevralında Rusiya qüvvələrinin hərbi müdaxiləsindən sonra Rusiya tərəfindən işğal olunan torpaqları geri almağa çalışarkən apardığı şiddətli döyüşlər fonunda müəyyən irəliləyişlər əldə etdiyini bildirib.