Accessibility links

Rusiya hərbçiləri Kyivə dronlarla zərbələr endirib


İyulun 2-nə keçən gecə Rusiya hərbçiləri “Shahed” kamikadze dronları ilə Kyivə zərbələr endirib. Ukrayna hakimiyyəti bildirir ki, hava hücumundan müdafiə vasitələri bütün dronları vurub.

Zərbə haqqında Kyiv şəhərinin hərbi administrasiyası tərəfindən məlumat verilib. Bu, son 12 gündə İran pilotsuz təyyarələri vasitəsilə Kyivə edilən ilk hücumdur.

Administrasiyanın rəhbəri Sergey Popkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri bütün pilotsuz təyyarələri aşkar edərək məhv edib.

Daha sonra Kyiv vilayət administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib ki, gecə hücumu zamanı heç bir obyektə pilotsuz təyyarələrin dəyməsi qeydə alınmayıb. Lakin dronlar vurulduqdan sonra onların qalıqları iki rayonda 3 fərdi yaşayış evini zədələyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı bəyan edib ki, iyulun 2-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə səkkiz “Shahed” kamikadze dronların və üç “Kalibr” qanadlı raketi vurub. Onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG