Accessibility links

Rusiyalı televiziya aparıcısı Kiselyov "Vaqner" hərbi şirkətinin dövlətdən 858 milyard rubl aldığını bildirib


Televiziya aparıcısı, Rusiya hökumətinin təbliğatçısı Dmitriy Kiselyov iyulun 2-də "Rossiya-1" televiziya kanalına yayımlanan "Vesti Nedeli" verilişində Yevgeniy Priqojinə məxsus olan "Vaqner" özəl hərbi şirkətinin Rusiya hökumətindən aldığı təxmini məbləğdən danışıb.

Aparıcının sözlərinə görə, söhbət 858 milyard rubldan gedir. Kiselyov bu məlumatların mənbəyini göstərməyib.

"Digər müqavilələr üzrə Yevgeni Priqojinə məxsus "Konkord" şirkəti hökümətlə müqavilələr əsasında 845 milyard rubl məbləğində xidmətlər göstərib" – Kiselyov əlavə edib.

"Rossiya-1" televiziya kanalında bu dövlət müqavilələrinin hansı müddət ərzində bağlandığı dəqiqləşdirməyiblər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Vaqner” hərbi şirkətinin texniki xidmətinin dövlət tərəfindən təmin edildiyini bildirmişdi. Onun sözlərinə görə, 2022-ci ilin may ayından etibarən bir il ərzində özəl hərbi şirkət muzdluların saxlanılması və həvəsləndirici ödənişlər üçün dövlətdən 86,3 milyard rubl alıb.

Elan edilmiş rəqəmlər müstəqil jurnalistlərin əvvəllər Priqojinin şirkətlərinin dövlət satınalmalarında iştirakı ilə bağlı araşdırmalarında qeyd etdikləri məbləğlərdən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Current Time 2011-ci ildən 2019-cu ilin əvvəlinə qədər iş adamına məxsus qurumların dövlətlə bağladığı müqavilələrin həcmini 209 milyard rubl qiymətləndirib.

XS
SM
MD
LG