Accessibility links

Təbrizdə tələbə fəal həbs edilib


Armita Pavir (şəkil tələbələr birliyi şuralarının Telegram kanalından götürülüb)
Armita Pavir (şəkil tələbələr birliyi şuralarının Telegram kanalından götürülüb)

Təbrizdə tələbə fəal Armita Pavirin çərşənbə günü İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir.

İran tələbələr birliyi şuralarının Telegram kanalının bildirdiyinə görə, Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetinin tələbəsi olan Paviri məmurlar çərşənbə günü Təbrizdəki evində həbs ediblər.

Armita Pavir 2022-ci ilin sentyabr ayında İranda baş qaldıran və aylarla davam edən hökümət əleyhinə etirazlar fonunda həmin ilin oktyabr ayında universitetin önündə həbs edilmişdi. O, təqribən 40 gün nəzarətdə saxlanıldıqdan sonra 250 milyon tümənlik mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Tələbə fəalın nəzarətdə saxlanıldığı günlərdə hüquq müdafiəçiləri onun aclıq aksiyasi keçirdiyi və səhhətinin ağırlaşdığı səbəbilə həbsxananın klinikasına köçürüldüyünə dair xəbərlər yaymışdılar.

Keçən il sentyabr ayında bir gənc qadının Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı da daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda yüzlərlə etirazçı öldürülüb, 10 minlərlə vətəndaş həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG