Accessibility links

Türkiyədə Qürur Yürüşləri zamanı onlarla LGBTQ fəalı saxlanılıb


Bazar günü Türkiyənin İstanbul və İzmir vilayətlərində keçirilən Qürur yürüşlərində onlarla insan saxlanılması ilə Türkiyə polisi LGBTQ fəallarına qarşı repressiyaları gücləndirib.

İstanbul qubernatoru bildirib ki, bazar günü (25 iyun) polis 31-ci LGBTQ Qürur Yürüşünə qatılan 113 nəfəri saxlayıb. İstanbul valisi Davud Gül bazar ertəsi Twitter hesabında həbslərin sayını açıqlayarkən "Millətimizin gələcəyi ailə institutunu milli-mənəvi dəyərlərimizlə yaşatmaqdan asılıdır" yazıb.

"Ailə institutunu zəiflədəcək heç bir fəaliyyətə yol verməyəcəyik", Gül deyib.

Qürur yürüşləri 2015-ci ildən etibarən İstanbulda keçirilən LGBTQ Qürur Yürüşünü təhlükəsizlik və ictimai narahatlıqlar səbəbilə qadağan edilib.

Bazar günü Türkiyə polisi İstanbulun hərəkətli İstiqlal prospektinə və Qürur yürüşləri üçün ənənəvi toplaşma yeri olan Taksim meydanına girişi bağlayıb. Lakin LGBTQ fəalları Şişli rayonundakı Mistik parkına toplaşıb. İzdiham şüarlar səsləndirərkən, göy qurşağı və transgender bayraqlarını dalğalandırarkən yürüş təşkilatçıları mətbuat bəyanatı oxuyub.

Səlahiyyətlilər tərəfindən Qürur yürüşlərinə qoyulan qadağalara toxunan bəyanatda deyilir: "Bu il "Biz qayıdırıq" mövzusu ilə bizi qovmağa çalışdığınız bölgələrdəyik. Biz məkanlarımızı tərk etməyəcəyik; siz bizə öyrəşəcəksiniz. Bütün qadağalarınıza və sizə rəğmən bu gün buradayıq".

İstanbul
İstanbul

Həmin gün Türkiyənin qərbi İzmir vilayətində polis Qürur yürüşü zamanı 40-dan çox adamı saxlayıb. Hakimiyyət "ictimai əxlaqı və ictimai asayişi qorumaq üçün" yürüşü qadağan edib.

İyunun 18-də polis İstanbulda keçirilən doqquzuncu Trans Qürur Yürüşü zamanı azı 7 nəfəri saxlayıb.

"Trans Qürur Yürüşü bizim üçün əhəmiyyətlidir, çünki biz translar olaraq bunu özümüz üçün təşkil etməliyik. Səsimizin eşidilməsinə ehtiyacımız var və bu yürüş bunun üçün bir platforma idi"- deyə , yürüş zamanı saxlanılan Beha Yıldız Amerikanın Səsinə polis bildirib.

Dövlət Departamenti 2022-ci il İnsan Haqları hesabatında Türkiyədə LGBTQ insanların "ayrı-seçkilik, hədə-qorxu və zorakılıq cinayətləri yaşadıqlarını" bildirib.

Prezident Ərdoğan və hökumət rəsmiləri ictimai yerlərdə LGBTQ əleyhinə ritorikasını gücləndirib.

İstanbul
İstanbul

Ədalət və İnkişaf Partiyası (AKP) və Xalq Alyansı üçün seçki kampaniyası zamanı Ərdoğan Türkiyədəki LGBTQ icmasına dəfələrlə hücum edib.

Ankarada yerləşən LGBTQ hüquqları qrupu KAOS-GL tərəfindən hazırlanana 2022-ci il LGBTI+ İnsan Haqları Hesabatında keçən il şəxsi hüquqlarının pozulması ilə üzləşən LGBTQ insanların sayında kəskin artım olduğunu, 2020-ci ildəki 43 insidentlə müqayisədə 571 insidentin qeydə alındığı bildirilib.

2021-ci ildə Türkiyə hökuməti lezbiyan, biseksual, trans qadınlar və intersekslər də daxil olmaqla qadınlara qarşı zorakılıqla mübarizə üçün hüquqi baza təmin edən Avropa Şurasının insan hüquqları müqaviləsi olan İstanbul Konvensiyasından çıxıb.

Ərdoğan seçkilərdə qələbə qazandıqdan sonra ailəni qadın və kişi arasındakı nikahdan ibarət vahid bir qurum təyin etmək üçün konstitusiyaya düzəlişlər etməyə çalışır. Bununla onun hökuməti gələcəkdə nikah bərabərliyi ehtimalının qarşısını almağı hədəfləyir.

XS
SM
MD
LG