Accessibility links

Təbrizdə həkim Əsədullah Əsədi həbs edilib


Əsədullah Əsədi
Əsədullah Əsədi

Təbrizdə həkim və sabiq siyasi məhbus Əsədullah Əsədinin İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.

"Abbas Lisani" adlı Telegram kanalı və "Iran Wire" kimi xəbər saytlarına istinadən, Əsədi şənbə günü axşam saatlarında saxlanılıb.

"Doktor Əsədinin oğlu Babək Əsədi öz Instagram səhifəsində atasının nəzarət altına alındıqdan bir gün sonra Təbrizin mərkəzi həbsxanasına köçürüldüyünü açıqlayıb," Iran Wire saytının xəbərində qeyd edilib.

İran təhsil nazirliyinin təqaüdçüsü və ümumi həkim Əsədullah Əsədi göstərdiyi siyasi və mədəni fəaliyyətləri səbəbilə keçmiş illərdə də həbs və mühakiməyə məruz qalıb.

Əsədi, o cümlədən 2010-cu ildə nəzarət altına alınaraq "düşmən dövlətlər ilə əməkdaşlıq" ittihamı ilə hakim qarşısına çıxarıldı.

O, həmin ittihamla həbsə məhkum edilib və illərlə Təbriz və Tehranın Evin həbsxanasında saxlanıldı. 2014-cü ildə hüquq müdafiəçiləri Əsədullah Əsədinin Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirdiyinə dair məlumat yaymışdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG