Accessibility links

Blinken Pekinə səfərində ABŞ və Çin arasında birbaşa əlaqələrin zəruriliyini vurğulayıb


Blinken Pekinə səfərində ABŞ və Çin arasında birbaşa əlaqələrin zəruriliyini vurğulayıb
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Blinken Pekinə səfərində ABŞ və Çin arasında birbaşa əlaqələrin zəruriliyini vurğulayıb

Çin və ABŞ rəsmiləri deyir ki, iki ölkə ABŞ dövlət katibi Antoni Blinken ilə Çinin yüksək vəzifəli liderləri arasında keçirilən görüşlər zamanı irəliləyiş əldə ediblər. Blinkenin Çinə ilk səfəri iki ölkə arasında Tayvan, Pekinin Kremllə olan əlaqələri və Vaşinqtonun "təhlükəli" adlandırdığı Çinin hərbi fəaliyyəti ilə əlaqədar gərginliyin yüksək olduğu bir vaxta təsadüf edib.

Bu, Pekində ABŞ və Çin liderləri arasında illər sonra keçirilən ilk yüksək səviyyəli görüş oldu.

"Çox səmimi, çox dərin və bəzi məsələlərdə konstruktiv oldu, başqa məsələlərdə isə daha çox işimiz var," dövlət katibi Antoni Blinken bildirib.

Hər iki tərəf kommunikasiyasının sabitləşdirilməsinin zəruriliyi ilə bağlı razılığa gəlsə də, Çin tərəfi ordular arasında rabitə kanallarının yaradılmasına razılıq verməyib.

“Hazırda Çin buna razılaşmayıb,” Blinken deyib.

Vaşinqton bildirir ki, hərbi kommunikasiya xəttləri mümkün böhran vəziyyətində açıq qalmalıdır.

Bu ayın əvvəli Çinin hərbi gəmisi ABŞ-ın hərbi esminesinə 140 metr məsafəyədək yaxınlaşaraq, onu qəzaya uğramamaq üçün sürətini azaltmağa məcbur edib.

Ondan bir həftə əvvəl isə Çinin döyüş təyyarəsi Cənub Çin Dənizində ABŞ-ın müşahidə təyyarəsinə çox yaxın məsafədə uçub.

İki ölkə arasında gərginlik həmçinin Tayvan məsələsi səbəbilə yüksəkdir. Çin demokratik adaya nəzarət etmək istədiyni və lazım olsa bunu hərbi güclə edəcəyini bildirib.

“Güman ki, bu, sözün əsl mənasında bütün dünyaya təsir göstərəcək iqtisadi böhran yarada bilər,” Blinken deyib.

Ticari konteyner daşımalarının 50 faizi Tayvan boğazından keçir və yarımkeçiricilərin 70 faizi Tayvanda istehsal olunur.

Çin-Rusiya ələqələri məsələsində isə Blinken deyib ki, Çin liderləri dəfələrfə ABŞ-ı əmin edib ki, Çin Rusiyanı Moskvanın Ukraynaya qarşı səbəbsiz müharibəsində istifadə oluna biləcək ölümcül yardımla təmin etməyəcək.

“Ancaq bizim Rusiyanı Ukraynaya qarşı təcaüzünü davam etdirməsi üçün istifadə edə biləcəyi texnologiyalarla təmin edə biləcək Çin firmaları,şirkətləri ilə bağlı narahatlıqlarımız davam edir. Və biz çin hökümətini bu məsələdə sayıq olmağa çağırmışıq,” dövlət katibi deyib.

Analitiklər xəbərdarlıq edir ki, Pekin bu addımdan qlobal reaksiya almaq üçün istifadə edir.

“Aydındır ki, onlar Rusiya və Ukraynaya yardım etmək məsələsində nə edə biləcəklərini yoxlayırlar. Mən deyə bilərəm ki, Çinin məqsədi odur ki, onlar Avropa bazarlarına çıxışı saxlamaq, eyni zamanda isə mümkün olduğu qədər [Rusiya Prezidenti Vladimir] Putinə yardım etmək və belə desək “minnətdarlıq” yaratmaq istəyirlər,” Demokratiyaların Müdafiəsi Fondundan Bradli Bouman deyib.

ABŞ-Çin əlaqələri ABŞ-ın bu ilin əvvəlində ABŞ hava məkanında uçan Çinin casus hava şarını vurmasından sonra ən aşağı səviyyəyə enib. Blinkenin səfəri ilk öncə fevralda planlaşdırılsa da, hava şarı insidentindən sonra təxirə salınmışdı.

Belə görünür ki dünya liderləri Binken-Şi arasındakı danışıqlardan məmnundur. Belə ki, Almaniya kansleri Olaf Şoltz görüşü Vaşinqtonla Pekin arasında çox ehtiyac duyulan əlaqələrin normallaşdırılmasına işarə kimi qiymətləndirib.

XS
SM
MD
LG