Ukrayna ilə müttəfiq ölkələr bu həftə Londonda Ukraynanın Bərpa Konfransı, Rusiyanın işğalından sonra Ukraynanı bərpa etmək üçün milyardlarla dollar toplamaq məqsədi daşıyan sammit üçün bir araya gəlib.
Rusiyanın işğalı nəticəsində Ukrayna boyu yüz minlərlə ev, məktəb, xəstəxana, fabrik və ictimai bina dağıdılıb. Ərazilər minalanıb, avtomobil və dəmir yolu əlaqələri kəsilib və ən son olaraq Kaxovka bəndinin vurulması ekoloji fəlakət yaradıb.
Dünya Bankının yenidənqurma xərcləri indiyədək 411 milyard dollar təşkil edib ki, bu da Ukraynanın ümumi daxili məhsulundan üç dəfə çoxdur.
Ukrayna prezidenti konfransda çərşənbə günü çıxış edib.
“Hazırda dünyada elə bir yer yoxdur ki, orada Ukraynadakı qədər çox obyektin tikintisinə və yenidən qurulmasına ehtiyac olsun. Rusiya təcavüzünün hər yeni günü yeni xarabalıqlar gətirir”.
Konfransda Avropa İttifaqı əlavə 55 milyard dollar kredit və qrant vəd edib. Böyük Britaniya 3 milyard dollar, ABŞ isə Ukraynanın zədələnmiş enerji şəbəkəsini və nəqliyyat infrastrukturunun bərpasına əlavə 1,3 milyard dollar ayıracağını vəd edib.
“Bərpa Ukraynanın təhlükəsiz, müstəqil, Avropa ilə tam inteqrasiya olunmuş, dünya bazarlarına qoşulmuş ölkə kimi inkişaf etməsi üçün təməlin qoyulmasıdır. Demokratiya qanunun aliliyinə əsaslanır” - deyə, ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Analitik Orısia Lutsevıç deyir ki, investisiya vədləri yaxşı başlanğıcdır, lakin daha çox şeyə ehtiyac olacaq.
“Fransa, Almaniya və İtaliyan kimi bir çox xarici işlər nazirlərindən eşitdiklərimizə görə, Ukrayna Avropa İttifaqının üzvü olacaq. Bu, özəl sektor üçün çox güclü siqnaldır”.
Konfrans həm də Ukrayna üçün yeni, daha demokratik gələcəyin planını ortaya qoyub. Bərpa fiziki ziyanı aradan qaldırmaqdan daha artıq şeydir.
“Ukrayna bu müharibədən əvvəlkindən daha güclü cəmiyyət, daha yaxşı hökumət, daha müasir iqtisadiyyatla çıxmalıdır. Bu, Ukrayna xalqının ödədikləri fədakarlıq və ödəməyə davam etdiyi baxışdır. İnsanlar əmin olmaq istəyirlər ki, ədalət və anti-korrupsiya var və vətəndaşlar, icmalar, könüllülər yerli səviyyədə bərpa planlarının formalaşdırılmasında iştirak etsinlər”, Chatham House-dan Orısia Lutsevıç deyib.
Müharibə davam etdikcə Rusiyanın işğalının böyük iqtisadi və insani xərcləri artmaqda davam edir.