Accessibility links

Netanyahu ABŞ-İran nüvə proqramı üzrə müvəqqəti razılaşmanın əleyhinədir


İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, o, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar aparıldığı bildirilən istənilən müvəqqəti razılaşmaya qarşıdır.

Netanyahu İsrail mediasının Vaşinqton və Tehran arasında sanksiyaların bir qədər yumşaldılması müqabilində İranın nüvə proqramını bir qədər geri çəkməyə çalışacaq anlaşmaların əldə olunduğunu bildirməsindən sonra danışıb.

Xəbərləri müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb və ABŞ belə bir razılaşmanı açıq şəkildə təkzib edib.

Netanyahu deyib ki, İsrail ABŞ-ı məlumatlandırıb ki, "mini-müqavilələr" adlandırılan ən məhdud anlaşmalar bizim fikrimizcə, məqsədə xidmət etmir və biz onlara qarşıyıq.

İsrail rəsmiləri hesab edir ki, zənginləşdirməni məhdudlaşdıran bəzi anlaşmalar artıq əldə edilib və bəzi vəsaitlər artıq dondurulub. Rəsmilər məxfi diplomatik qiymətləndirməni müzakirə etdikləri üçün anonimlik şərti ilə danışıb.

İsrailin Walla xəbər saytı keçən həftə bildirmişdi ki, əldə edilən anlaşmalara əsasən, İran sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsini 60%-lə məhdudlaşdıracaq. Sayt, həmçinin bildirib ki, tərəflər məhbusların qarşılıqlı azadlığa buraxılmasını müzakirə edir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller keçən həftə "heç bir razılaşmanın əldə edilmədiyni" və xəbərlərin həqiqətə uyğun olmadığını deyib.

Walla-nın məlumatında Netanyahunun bu yaxınlarda parlament komitəsinin iclasında razılaşmanın təfərrüatlarını açıqladığı bildirilib.

ABŞ və İsrail kəşfiyyat məlumatlarını bölüşürlər və ölkələrin qarşılıqlı əlaqələrində əsas diqqət İran və onun nüvə proqramıdır.

Netanyahu İran və dünya gücləri arasında Obama administrasiyasının vasitəçiliyi ilə İranın nüvə proqramını cilovlamağa dair 2015-ci il razılaşmasına şiddətlə qarşı çıxıb. O, ovaxtkı prezident Donald Trampın 2018-ci ildə razılaşmadan çıxmaq qərarının əsas tərəfdarı olub.

İran isə bildirir ki, onun proqramı mülki məqsədlər üçün nəzərdə tutulub.

İsrail İsrailin məhv edilməsi çağırışlarını və regionda anti-İsrail silahlı qruplaşmalarını dəstəklədiyini əsas gətirərək, nüvə İranını əsas təhlükə hesab edir. İsrail deyir ki, İranın nüvə silahı istehsalının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir.

XS
SM
MD
LG