Accessibility links

Şərqi Azərbaycan vilayətində siyasi fəal Məhəmməd İlati İnqilab Məhkəməsinə çağırılıb


İranın Şərqi Azərbaycan vilayətinin Əcəbşer şəhərində siyasi fəal Məhəmməd İlati İnqilab Məhkəməsinə çağırılıb.

İnqilab Məhkəməsinin Əcəbşer şöbəsinin göndərdiyi elektron çağırış vərəqəsində milli fəaldan iyun ayının 12-də şöbəyə müraciət etməsi tələb olunub.

Amerikanın Səsinin də surətini əldə etdiyi çağırış vərəqəsində yazılıb ki, "yalan məlumat yaymaq və İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti aparmaq ittihamına dair sizə qarşı olan şikayətlə əlaqədar müəyyən edilmiş tarixdə bu şöbədə hazır olun."

İnsan haqları ilə bağlı məlumat yayan "Abbas Lisani" Telegram kanalı türk fəalın yaxınlarına istinadən bildirib ki, "Məhəmməd İlati aprel ayının 5-də kəşfiyyat idarəsinin informasiya qərargahına çağırılmışdı. O, ertəsi gün nəzarət altına alınıb və sorğu-sual üçün kəşfiyyat şöbəsinə aparıldı. Orada İlatidən şəhərdə türkcə kitab və təqvim dağıtmaq və gəncləri Traktor futbol klubunun oyunlarına aparmaq kimi fəaliyyətləri haqqında suallar soruşub və sonra sərbəst buraxmışdılar."

İlati may ayının ilk günlərində də Əcəbşer şəhərinin Ümumi və İnqilab Prokurorluğuna çağırılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG