Accessibility links

Ukrayna: Rusiya Kaxovska bəndini Ukraynanın əks-hücumunun qarşısını almaq üçün partladıb


Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bazar günü bildirib ki, rus qoşunları Ukrayna qüvvələrinin cənubda irəliləməsinin qarşısını almaq üçün Kaxovka su elektrik stansiyasında bəndi partladıb.

Kaxovskaya su elektrik stansiyasının partlaması, görünür Xerson istiqamətində hücumunun başlanmasının qarşısını almaq üçün təşkil edilib, Malyar Telegram-da izah edib.

Onun sözlərinə görə, irimiqyaslı daşqına səbəb olan bu aksiya həm də Moskvaya Zaporijye və Baxmut vilayətlərində ehtiyatlar yerləşdirmək imkanı vermək məqsədi daşıyırdı.

Ukrayna prezidenti Voldimir Zelenski şənbə günü bildirib ki, ölkə əks-hücum əməliyyatı keçirir və eyni zamanda müdafiə hərəkətlərini davam etdirir.

Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinin sözlərinə görə, Baxmut ərazisində cəbhə xəttinin bəzi hissələrində əks-hücum edən Ukrayna qüvvələri 1400 metr irəliləyib. Ukrayna hərbçiləri bazar günü Donetsk vilayətinin Blaqodatnoye kəndinin azad edildiyini açıqlayıb.

Təfərrüatlar açıqlanmasa da, Ukrayna əsgərlərinin ciddi ziyan dəymiş binanın pəncərəsində Ukrayna bayrağını qaldırdığını əks etdirən video yayımlanıb.

"Facebook" sosial şəbəkəsində yayılan məlumatda deyilir ki, işğalçılar axıra qədər müqavimət göstərsələr də, Ukrayna əsgərlərinin hücumuna tab gətirə bilməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG