Accessibility links

Çinin döyüş təyyarəsi Tayvan boğazından keçib


Tayvanın Milli Müdafiə Nazirliyi bazar günü bildirib ki, Çin Hərbi Hava Qüvvələrinə məxsus on təyyarə Tayvan boğazının orta xəttini keçib.

Boğaz Tayvan və Çin arasında qeyri-rəsmi sərhəd kimi qəbul edilir.

Nazirlik, həmçinin bildirib ki, dörd Çin gəmisi bazar günü döyüş patrulları həyata keçirib.

Tayvan Çinin hərəkətlərinə cavab olaraq öz təyyarə və gəmilərini yerləşdirib.

Bu, bir həftədən az müddətdə ikinci dəfədir ki, Çin Tayvan ətrafında hərbi fəaliyyətləri gücləndirir.

Cümə axşamı Tayvan 37 Çin hərbi təyyarəsinin Çinin hava hücumundan müdafiə zonasına uçduğunu bildirib.

Tayvan demokratik şəkildə idarə olunur, lakin Çin onu öz ərazisi hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG