Accessibility links

Rusiya Qərbin sanksiyalarından yayınmaq üçün İranın taktikalarından istifadə edir


Rusiya Qərbin sanksiyalarından yayınmaq üçün İranın taktikalarından istifadə edir
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Rusiya Qərbin sanksiyalarından yayınmaq üçün İranın taktikalarından istifadə edir

Britaniyada qərargahlanan siyasət mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutunun yeni hesabatinda əsasən, Rusiya Qərbin tətbiq etdiyi sanksiyalarından yan keçmək üçün İranın istifadə etdiyi taktikalara əl atır.

Qərb ölkələri ötən il Ukraynaya tam-miqyaslı hərbi müdaxiləsindən sonra Rusiyay ard-arda sərt sanksiyalar tətbiq ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü xəbərdarlıq edib ki, Rusiya bu sanksiyalardan yayınır.

“Təəssüf ki, terrorçu dövlət dünya texnologiyalarını təchizatçılar şəbəkəsi vasitəsilə əldə edə, beynəlxalq sanksiyalardan yan keçə bilir, ” o deyib.

Kral Birləşmiş Xidmətlər İnstitutunun hesabatının müəllifi Tom Kitinq deyir ki, Rusiya sanksiyalara uyğunlaşmağı öyrənir.

“Ələlxüsus, ordularını dəstəkləmək üçün ehtiyacları olan elektronik komponentləri əldə etmək, bu birinci məsələdir. İkincisi, aydındır ki, onlar hidrokarbonları, neft ixracları üçün yeni bazarlar axtarmalı olub, çünki bu, ölkənin ən əsas gəlir mənbəyidir,” o deyir.

Rusiya bildirir ki, iqtisadiyyatı 2022-ci ildə 2.1 faiz azalıb ki, bu da bir çoxlarının gözlədiyindən daha azdır. Bu arada isə Çin və Hindistana Rusiya xam neftinin idxalı may ayında rekord səviyyəyə çatıb.

Bu qismən ona görədir ki, sanksiyalar təkcə Rusiya ilə ticarət aparan Qərb hökumətləri və şirkətlərinə şamil edilir. Ona görə də, əgər sən Hindistanda bir banksansa, Rusiya bankı ilə maliyyə əlaqəsi qura bilərsən, Kitinq bildirir.

Bununla belə, əksər qlobal ticarət ABŞ dolları ilə aparılır. Bər o zaman Rusiya iqtisadiyyatını boğmaq cəhdlərindən necə yayına bilib?

Kitinq deyir ki, Kreml sankiyalardan yayınmaq üçün getdikcə daha çox İrana nümunə kimi baxır. Tehran nüvə və raket proqramları və terro qruplarına dəstəyi səbəbilə Qərbin müxtəlif sanksyalarına məriz qalıb. İran bunu rədd edir.

“İran neft ixrac etməyə çalışan karbohidrogen iqtisadiyyatı olan bir ölkə olaraq son illərdə çox sayda hiylə öyrənib və biz indi Rusiyanın onlardan istifadə etməyə başladığını görürük. Yəni, misal üçün, kölgə tanker donanmaları – yəni, nefti gecə yarısı, yeri müəyyən edən cihazlar söndürülərək, tankerlər arasında dəyişdirmək. Eyni zamanda isə ticarətin mənbəyini gizləmək üçün Türkiyə və ya BƏƏ-dəki şel şirkətlərdən istifadə etmək,” Kitinq deyir.

İki ölkə həmçinin qobal ödəniş sistemi olan SWIFT-dən kənarda transzaksiyaları həyata keçirmək üçün maliyyə sistemlərini birləşdirməyə başlayıblar. Rusiyanın ikinci ən böyük bankı VTB ötən ay Tehranda ofisini açıb.

Ukraynanın müttəfiqləri Rusiyanın sanksiyalardan yayınmasının qarşısnı necə ala bilər? Kitinq deyir ki, bunda özəl sektor mühüm rol oynayır.

“Özəl sektor müştərilərinin kim olduğundan, mallarını kimə ixrac etdiyindən, nəyə icaz verilib-verilmədiyindən əmin olmaq üçün cəld hərəkət etməli oldu. Ona görə də, nəticə budur ki, sistemdə böyük boşluqlar var,” o bildirir.

Hesabatda Qərb özəl sektoru qanunsuz ticarəti üməyəyn etməyə öyrətməyə çağırılır. Eyni zamanda xəbərdarlıq edir ki, Moskva sanksiyalardan yayınmağa çalışarkən İranın oyun kitabından getdikcə daha çox istifadə etməyə çalışacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG