Accessibility links

Türkiyə prezidenti Ərdoğan iqtisadi siyasətdə dəyişiklik edir


Türkiyə prezidenti Ərdoğan iqtisadi siyasətdə dəyişiklik edir
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Türkiyə prezidenti Ərdoğan iqtisadi siyasətdə dəyişiklik edir

Türkiyə maliyyə böhranı ilə üzləşdiyi bir vaxt, bu yaxınlarda yenidən seçilən Prezident Rəcəb Tayyib Ərdoğan maliyyə naziri vəzifəsinə bazar iqtisadiyyatı tərəfdarı olan Mehmet Şimşeyi təyin edib. Təhlilçilər deyir ki, bu addım iqtisadi siyasətdə kəskin bir dəyişikliydir. Ancaq Ərdoğanın bu siyasəti davam etdirib-etdirməyəcəyinə dair suallar qalır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş ABŞ bankiri Mehmet Şimşəyi maliyə naziri olaraq təyin etməsi rəsmi rəqəmlərə əsasən təxminən 40% olan yüksək inflyasiyanı nəzarət altına almaq üçün faiz dərəcələrini azaltmaq kimi qeyri-adi siyasətinə son qoyması kimi qiymətləndirilir.

"Bu Ərdoğanın iqtisadi siyasətindən 180 dərəcədə bir dəyişiklikdir. Unutmayın ki, o, son 10 ilin böyük bir qismində qeyri-adi siyasət yürüdüb. Şimşek Ərdoğanın qeyri-adi siyasət yürütdüyü keçmiş administrasiyasında yer almışdı amma onları sevmədiyi üçün ayrılmışdı. Ona görə də, məncə, onun geri gəlməsi faktı Ərdoğanın nəyisə fərqli etməli olduğunu dərk etdiyinə işarə edir," təhlilçi Timoti Aş deyir.

Bir çoxları Ərdoğanın aşağı faiz dərəcələri siyasətini xüsusilə də ərzaq qiymətlərində öz əksini tapan yüksək inflasiyaya təkan verməkdə günahlanıdır.

"Hər kəsin alıcılıq qabiliyyəti azalır. Bu açıq aşkardır. Xüsusilə də meyvə və tərəvəzlərin bazarda satıldığı günlərdə insanların alıcılıq qabiliyyətinin nə dərəcədə azaldığı çox aşkar olur," satıcı Gürol Şimşek deyir.

Türkiyə lirəsi Ərdoğanın yenidən prezident seçilməsinin ardından rekord dərəcədə dəyər itirib və Türkiyənin onun dəyərini qorumaq üçün çox az sayda xarici valyuta ehtiyatı var.

Xarici turistlərin xarici valyuta ehtiyatlarını dolduracağı gözlənilir, amma analitiklər böhranın qarşısını almaq üçün az zamanın qaldığı barədə xəbərdarlıq edir.

"Türkiyə çox sürətli bir şəkildə valyuta böhranına, ya da daha rəsmi dillə desək, tədiyə balansı böhranına doğru irəliləyir. Mən şəxsən düşünürəm ki, Türkiyə bu qışdan böyük, əsaslı və etibarlı iqtisadi siyasət dəyişikliyi olmadan çıxa bilməz," analitik Atilla Yeşilada bildirir.

İnflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmaq kimi ənənəvi iqtisadi siyasət yürütmək xarici investisiyaları artırmağın bir yoludur və hətta Türkiyəni ənənəvi Qərb müttəfiqlərinə yaxınlaşdıra bilər.

"Ənənəvi iqtisadi siyasətə dönmək Qərb bazarlarının, Qərb kreditorlarının, maliyyə qurumlarının vacibliyini vurğulayacaq və bu da çox güman ki, xarici siyasətin siyasi aspektinə də təsir edəcək," Kadir Has Universitetindən Serhat Güvenç deyir.

Ancaq inflasiyanı yüksək faiz dərəcələri ilə azaltmaq ağrılı bir prosesdir, iqtisadi inkişafı azaldır və xüsusilə də ucuz puldan asılı olan Türkiyənin böyük inşaat sektoruna böyük ziyan vurur. Bundan əlavə inşaat sektorunun Ərdoğanla yaxın əlaqələsi oldiğu üçün, hökumətin ənənəvi iqtisadi siyasətini davam etdirib-etməyəcəyi ilə bağlı da suallar qalır.

"Narahatlıq ondan ibarətdir ki, bundan altı ay sonra və gələn ilə planlaşdırılan bələdiyyə seçkilərinə qədər Ərdoğan üçün bu sərt siyasət kifayət ola bilər və o, əslində onu dəyişə bilər, Şimşəyə lazım olanı etməməsi üçün təzyiq göstərə və hətta onu işdən çıxara bilər," Timoti Aş deyir.

Ərdoğan artıq prioritetinin İstanbulda merliyi müxalifətdən geri almaq olduğunu elan edib. Türkiyənin dirənib-dirənməyəcəyini və iqtisadiyyatla bağlı çətin qərarlar qəbul edib-etməyəcəyini həmişə olduğu kimi siyasət diktə edəcək.

XS
SM
MD
LG