Accessibility links

Blinken: "İslam Dövləti ilə mübarizə hələ bitməyib"


ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, İslam Dövləti yaraqlı qruplaşmasının məğlub edilməsinə gəldikdə, "mübarizə hələ bitməyib".

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İŞİD-ə qalib gəlmək üçün 80 üzvdən ibarət Qlobal Koalisiyanın nazirlər toplantısının əvvəlində çıxış edən Blinken qrupun İraq və Suriyada qruplaşmanın ərazi məğlubiyyətinə nail olduğunu, liderlərini çıxardığını, hücumlar və genişmiqyaslı əməliyyatların qarşısını aldığını bildirib.

Lakin Blinken İslam Dövləti qrupunun "qalan son" məqsədə nail olmaq üçün diqqət mərkəzində olan bir neçə sahəni vurğulayıb. O, İraq və Suriyada yaraqlıların insanları sıralarına cəlb etmək üçün istifadə etdiyi problemlərin həlli, o cümlədən sosial xidmətlərin maliyyələşdirilməsi və cinayətlərə görə məsuliyyətin təmin edilməsinə yönəlmiş proqramlara yardım məqsədi ilə 600 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlayıb.

Blinken regiondan repatriasiyaları da müzakirə edərək bildirib ki, ölkələr İslam Dövləti qrupunun tərkibində döyüşmək üçün İraq və Suriyaya gedən və hazırda həbsxanalarda olan vətəndaşlarını geri alması xüsusilə vacibdir. Onun sözlərinə görə, bunu etməmək həmin döyüşçülərin bir gün azadlığa buraxılması və silahlı fəaliyyətə qayıtması riskini daşıyır.

O, həmçinin ümid və imkanlara sahib olmaq üçün mülki şəxslərin, xüsusən də uşaqların öz ölkələrinə qaytarılmasının lazım olduğunu bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan görüşdə deyib ki, kiçik dövlətlər də daxil olmaqla, bir çox ölkənin irəli addım atması və repatriasiya həyata keçirməsi təqdirəlayiq olsa da, adını çəkmədiyi bir sıra varlı ölkələr bunu etməyib.

O, bu hərəkətsizliyi "qəbuledilməz" adlandırıb və bildirib ki, koalisiyanın bir hissəsi olmaq "məsuliyyətinizi üzərinizə götürməlisiniz" deməkdir.

Blinken, həmçinin İslam Dövləti ilə əlaqəli qrupların, o cümlədən Afrikanın Sahel bölgəsində və Əfqanıstanda olanların təhlükəsini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG