Accessibility links

Üçüncü MDB oyunları Azərbaycanda keçiriləcək


MDB hökumət başçıları (Mənbə: Nazirlər Kabineti)
MDB hökumət başçıları (Mənbə: Nazirlər Kabineti)

Üçüncü MDB Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək.

Bu barədə iyunun 8-də Rusiyanın Soçi şəhərində keçirİlən MDB Hökumət Başçıları Şurasının iclasında Azərbaycanın Baş naziri Əli Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Üçüncü MDB Oyunlarının bütün iştirakçılarına və nümayəndələrinə tam təhlükəsizlik zəmanəti verəcək.

Baş nazir Azərbaycanın birinci Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çərçivəsində klub və milli yarışların, Formula 1 Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışıb.

“Biz müasir idman, logistika və turizm infrastrukturuna, kifayət qədər kadr potensialına sahibik. Bütün bu resurslar Azərbaycan dövlətinin bütün iştirakçılara və nümayəndələrə verdiyi tam təhlükəsizlik zəmanəti ilə birlikdə yarışların uğurla və yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”, Əsədov qeyd edib.

2021-ci ilin sentyabrında Kazanda ilk MDB Oyunları keçirilib. Oyunlarda Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandan 14-23 yaş arası 1139 idmançı iştirak edib. Oyunların proqramına 16 idman növü daxil olub.

Oyunların keçirilməsi ideyası Rusiya tərəfindən irəli sürülüb, təklif MDB Dövlət Başçıları Şurasının 2018-ci il sentyabrın 28-də Düşənbədə keçirilən iclasında dəstəklənib.

XS
SM
MD
LG