Accessibility links

İctimai fəala 30 sutka inzibati həbs cəzası verilib


Əmrah Təhməzov (mərkəzdə)
Quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiya - 20.06.2022
Əmrah Təhməzov (mərkəzdə) Quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiya - 20.06.2022

İctimai fəal Əmrah Təhməzov 30 sutka inzibati həbs cəzası alıb. Bu barədə məlumatı ictimai fəal Qiyas İbrahimov yayıb.

"Mayın 27-dən Əmrahdan xəbər yox idi, son dəfə həmin gün mənimlə görüşmüşdü. Neçə gün idi zəng, mesaj çatmırdı. Bu gün eşitdim ki, artıq 10 gündür ona 30 sutka inzibati həbs cəzası verilib".

İctimai fəalın vəkili Zibeydə Sadıqova məlumatı təsdiq edib. Onun sözlərinə görə, fəal mayın 27-də Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsinə aparılaraq 2 gün orada saxlanılıb:

"Səbail Rayon Məhkəməsinin qərarı ilə ona İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri əsasında 30 sutka inzibati həbs cəzası verilib. Təhməzovun telefonunu da Bakı Şəhər Baş Polis idarəsi nəzarətə götürüb. Onunla görüşmüşəm, hazırda vəziyyəti yaxşıdır".

Mayın 19-da isə Əmrah Təhməzov öz sosial şəbəkə hesabında evinə polisin gəldiyini yazıb.

"2 nəfər polis gəlib, evdən məni soruşublar, evdəkilər deyib şəhərdədir, çıxıb gediblər. Çox güman o gün Zamin Salayev üçün İlham Əliyevə vurğu ilə yazdığım statusa görədir. Şişirtməyi sevmirəm, amma tutub eləsələr, böyük ehtimal elə statusuma görədir", deyə fəal bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Təhməzov xırda xuliqanlığa görə həbs olunub. O, fəalın həbsinin təfərruatları haqda məlumatlı olmadığını deyib.

XS
SM
MD
LG