Accessibility links

Stoltenberq: İsveçin NATO üzvü olmaq üçün alyansın iyul sammitinə qədər vaxtı var


Türkiyə, İsveç və Finlandiya rəsmiləri təxminən bir həftə sonra İsveçin NATO-ya daxil olması məsələsinin müzakirəsi məqsədi ilə görüşəcək.

Bunu bazar günü NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib. Alyansın rəhbəri bildirib ki, iyulun ortalarında Vilnüsdə keçiriləcək NATO sammitinə qədər İsveçin üzv olmaq üçün hələ vaxtı var.

Stoltenberqin vurğuladığı kimi Stokholm Ankaranı İsveçin alyansa qoşulmasına etiraz edən amilləri aradan qaldırmaq üçün artıq mühüm addımlar atıb.

İsveç yeni antiterror qanunu təqdim edib və bununla da Stokholmun Ankaranın terrorçu hesab etdiyi qrupların üzvlərinə sığınacaq verdiyini iddia edən Türkiyənin əsas tələbinə cavab verib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG