Accessibility links

ABŞ-Türkiyə əlaqələri gərgin olaraq qalır


ABŞ-Türkiyə münasibətləri gərgin olaraq qalır
please wait

No media source currently available

0:00 0:01:56 0:00

ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya qoşulmaq istəyini təmin etmək üçün Prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələrində fərqli yanaşmaya keçəcəyinə işarə edib. Yenidən prezident seçilən Türkiyə lideri transatlantik hərbi alyansın ən təsirli, lakin mürəkkəb üzvlərindən biridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın minlərlə tərəfdarı bu həftənin əvvəlində onun qələbəsini qeyd edib. Dünya liderləri, o cümlədən Prezident Co Bayden, ona zəng edərək təbrik edib.

“O hələ də F-16-larla bağlı nə isə razılaşdırmaq istəyir. Mən isə ona dedim ki, biz İsveçlə bağlı razılıq istəyirik, ona görə də biz bunu edəcəyik,” Prezident Co Bayden deyib.

Bu ilk dəfədir ki, bayden iki məsələni bir-biri ilə əlaqələndirib.

Ankara uzun müddətdir 40 Amerika istehsalı f-16 almaq istəyir, ancaq Konqres bunu blok edib.

ABŞ rəsmiləri "quid pro quo" ehtimalını inkar ediblər.

“Bu, şərt deyil. Prezident Bayden uzun zamandır açıq bildirir ki, o, F-16-ları satmağı dəstəkləyir,” Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Finlandiya və İsveç 2022-ci ilin mayında NATO üzvlüyünə müraciət ediblər.

NATO-ya üzvlük bütün üzvlər tərəfindən təsdiqlənməlifit. Finlandiya NATO-ya apreldə daxil olub, ancaq İsveçin ərizəsi hələ də təsdiqlənməyib, çünki Ankara Stokholmun “terrorçulara” – qadağan olunan Kürdüstan Fəhlə Partiyasından militanlara sığınacaq verdiyinə inanır.

Rəsmilər İsveçin üzvlüyünün iyulda NATO sammitində təsdiqlənəcəyinə ümid edir.

“Biz Vilnyus sammitindən öncə son dəqiqə bir az dramaya şahid olacağıq. Sonda mümkündür ki, bu, sammit gecəsi həll olunsun,” Brukinqs İnstitutundan Aslı Aydıntaşbaş deyir.

ABŞ-Türkiyə münasibətləri mürəkkəb olaraq qalır.

“Vəziyyət hər zaman 100 faiz bizim lehimizə deyil. Biz ümid edirik 50 faizdən çox bizim əleyhimizə olmasın, ancaq çox şey Baydenlə Ərdoğan arasındakı şəxsi münasibətlərdən asılır. Onlar soyuqdur. Telefon danışığı müsbət ilk addımdır,” Vilson Mərkəzindən Ceyms Ceffri deyir.

Ərdoğan Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib, ancaq Qərbin Rusiyaya qarşı sanksiyaarına qoşulmağı rədd edib və Miskva ilə ticarət əlaqələrini genişləndirib.

XS
SM
MD
LG