Accessibility links

Qəzvində müəllim İsmayıl Xudayari prokurorluğa çağırılıb


İsmayıl Xudayari
İsmayıl Xudayari

İranın Qəzvin vilayətinin Takistan şəhərində müəllim İsmayıl Xudayari ittihamlara qarşı özünü müdafiə etmək üçün prokurorluğa çağırılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Takistan məktəblərinin ingilis dili müəlliminə Qəzvin Ümumi və İnqilab Prokurorluğunun 5-ci şöbəsi tərəfindən çağırış göndərilib.

Çərşənbə günü Xudayarinin əlinə çatan çağırışda onun 5 gün ərzində şöbəyə müraciət etməsi tələb olunub.

Müəllimin "kütləvi informasiya vasitələri və mətbuatda kriminal məzmun nəşr etmək" ittihamı ilə üzləşdiyi bildirilir.

HRA-nın xəbərinə görə, İsmayıl Xudayari bundan əvvəl də İran hökümətinin siyasətlərini tənqid etdiyi üçün təzyiqlərə məruz qalıb və nəzarət altına alınıb.

Xudayari 2022-ci ilin oktyabr ayında İranda baş qaldıran kütləvi etirazlar fonunda ölkənin müxtəlif bölgələrində saxlanılan çox sayda müəllimlərdən biri olub.

Takistanın Xürrəmdəşt bölgəsində yaşayan müəllim bundan əvvəl "nizama qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamına məruz qalıb. O, həmçinin inzibati xətalar haqqında işlərə baxan heyət tərəfindən vaxtından əvvəl təqaüdə çıxmağa məhkum edilib.

XS
SM
MD
LG