İyunun 2-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla ABŞ-ın müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə tərəflər iki ölkə arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı həmçinin Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Xatırladaq ki, bu ilin aprelində Azərbaycan müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun ABŞ-a səfəri zamanı bu ölkəninn hərbi rəsmiləri ilə 2002-ci ildə qurulmuş Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri və ümumi ikitərəfli müdafiə əməkdaşlığı müzakirə edilib.