Accessibility links

Abbas Hüseynin apellyasiya şikayətinə baxılıb


Abbas Hüseyn (Fotonu Amerikanın Səsinə Abbas Hüseynin ailəsi təqdim edib)
Abbas Hüseyn (Fotonu Amerikanın Səsinə Abbas Hüseynin ailəsi təqdim edib)

Mayın 24-də Bakı Apellyasiya Məhkəməsində "Nardaran işi" ilə bağlı həbs olunan, "Müsəlman Birliyi" Hərəkatının üzvü Abbas Hüseynin 1 illik Qobustan qapalı həbsxanaya göndərilməsinə dair qərardan verilən şikayətə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Abbas Hüseyn 7 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalıb:

"Biz prokurorluğa bununla bağlı şikayət vermişik. Şikayətimizin nəticəsindən asılı olaraq bundan sonra hansı addımları atacağımız məlum olacaq. Əgər prokurorluq cinayət işi açmasa, biz bu qərardan məhkəməyə şikayət edəcəyik".

Abbas Hüseynin bacısı Yasəmən Hüseynova bildirib ki, qardaşının üzündə və qollarında hələ də işgəncə izləri qalır.

İş üzrə növbəti məhkəmə prosesi 30 may tarixinə təyin olunub.

Aprelin 27-də 1 saylı İstintaq Təcridxanasının təqdimatı əsasında Nizami Rayon Məhkəməsi Abbas Hüseynovun 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

Abbas Hüseynin işgəncəyə məruz qalması ilə bağlı iddiaya Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da "Nardaran hadisələri" zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. O, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, ittihamların heç birini qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG