Accessibility links

İranlı millət vəkili hökumətin Urmiyə gölünün canlandırılması ilə bağlı laqeyd olduğunu deyir


Urmiyə gölü
Urmiyə gölü

Şərqi Azərbaycan vilayətinin Binab şəhərinin millət vəkili hökumətin Urmiyə Gölünün canlandırılması ilə bağlı laqeydliyini tənqid edib.

Binab şəhərinin İran parlamentindəki millət vəkili Məhəmməd Baqeri Bənayi İLNA ilə müsahibədə hazırkı hökumətin Urmiyə gölünün bərpası ilə bağlı laqeyd olduğunu bəyan edərək, inşa edilməkdə olan neçə bəndin tikildiyindən sonra Urmiyə gölünün tamamilə quruyacağını bildirib.

Baqeri Bənayi Şərqi Azərbaycan vilayətinin İranın diğər bölgələri kimi su qıtlığı ilə üz-üzə olduğunu vurğulayıb, vilayətin kənd təsərrüfatı və hətta içməli suda isə çətinlik çəkdiyini söyləyib.

Binabın İran parlamentindəki millət vəkili Urmiyə gölünün hövzəsində tikilən bəndlərin bir çoxunun tədqiqsiz tikilməsindən öz narazılığını bildirib. O, hazırda gölün hövzəsində tikilməkdə olan bir neçə bəndin olduğunu bildirib və bu bəndlərin inşasından sonrə gölün tamamilə quruyacağını söyləyib. Baqeri Bənayi keçmişdən indiyə kimi tədqiqsiz tikilən bəndləri ölkənin ən böyük problemlərindən biri kimi adlandırıb.

Bu millət vəkili bölgədə davam edən tendensiyanı həm ətraf mühit və həm də insanlar üçün yaxın gələcəkdə ciddi təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq verib.

Baqeri Bənayi bu böhrandan xilas edilmək üçün gölə ötürülməsi nəzərdə tutulan su miqdarının tamamının verilməsini tələb edib.

İranda illərdir ki əhali İran Azərbaycanından olan milli fəallar, həmçinin ətraf mühit fəalları Urmiyə Gölünün quruması ilə bağlı xəbərdarlıqlar verib və aksiya keçirmək kimi fərqli yollarla dövlətin bu məsələyə ciddi yanaşmasını tələb edib.

Tədqiqatçılar və ətraf mühit mütəxəssislərinə görə, Urmiyə gölünün qurumasında ən çox təsiri olan məsələlərdən biri gölün ətrafında tikilən və hələ də inşa edilməkdə olan çox sayıda bəndlər, habelə bu bölgədə ənənəvi əkinçilik və suvarma üsullarından istifadə etməyə davam etmək də su böhranının mühüm amillərindən biridir.

XS
SM
MD
LG