Accessibility links

Şərqi Azərbaycan vilayətində polis qüvvələri aksiya keçirən kəndlilərə hücum edib


Mərənd, Yekanat bölgəsi
Mərənd, Yekanat bölgəsi

Şərqi Azərbaycan vilayəti Mərənd şəhərinin Yekanat bölgəsində ərazi və otlaq sahələrinin dövlət tərəfindən zəbt edilib və özəl şirkətlərə verilməsinə etiraz edən kəndlilər aksiya keçiriblər.

İran İşçilərinin Azad BirliyiGüney Azərbaycan Televiziyası (Günaz TV) kimi mənbələr bu barədə görüntü və məlumat yayıblar.

Yekanat bölgəsinin Yekən Kəhriz kəndində Təbii Sərvətlər və Su Hövzələrini İdarəetmə Təşkilatı tərəfindən zəbt edilən ərazi və otlaq sahələrinin İsfahandan olan özəl şirkətlərə verildiyi bildirilir.

Şirkətlər ərazidə sənaye istixanaları tikib, hasar çəkərək bölgə əhalisinin mallarını otarmasına mane olublar.

Günaz TV-nin bildirdiyinə görə, kənd əhalisi bu yaxılarda yürüş keçirərək Xoy-Culfa yolunu qapadıblar.

"Polis qüvvələrinin müdaxiləsi zorakılığa səbəb olub. Məmurlar etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və hava atəşindən istifadə edib," Günaz TV bildirib.

XS
SM
MD
LG