Accessibility links

Güneyli fəal Ramin Əliniya 6 il müddətinə azadlıqdan məhrum edilib


Ramin Əliniya (foto Abbas Lisani adlı Telegram kanalından alınıb)
Ramin Əliniya (foto Abbas Lisani adlı Telegram kanalından alınıb)

İranda son etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən əslən Ərdəbildən olan güneyli fəal Ramin Əliniya cəmi 6 il həbs cəzasına məhkum edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi Əliniyanı "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamlarından günahkar tanıyaraq onu müvafiq olaraq 5 il və 1 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarına görə, Əliniyanın iki il müddətinə siyasi qruplara və partiyalara üzv olmasına və sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulub.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Əliniyanın fəaliyyətinin sosial mediada məhdud fəaliyyətinə rəğmən, məhkəmə onu uzunmüddətli həbs cəzasına məhkum edib.

İlkin məhkəmənin qərarına Apellyasiya Məhkəməsinə şikayət veriləcəyi bildirilir.

İlkin məhkəmənin qərarı qüvvədə saxlanılsa, İran İslam Respublikasının cinayət qanunlarına görə, Əliniya 5 il müddətinə azadlıqdan məhrum ediləcək.

O, ötən il noyabrın 8-də Ərdəbildə ölkədəki kütləvi etirazlar zamanı həbs edilib və Tehranın Evin həbsxanasında saxlanılıb.

XS
SM
MD
LG