Accessibility links

Zaporijjya atom elektrik stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır


Arxiv fotosu - Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Zaporijjia atom elektrik stansiyasının ümumi görünüşü, 29 mart 2023.
Arxiv fotosu - Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Zaporijjia atom elektrik stansiyasının ümumi görünüşü, 29 mart 2023.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rusiya rəsmilərinin mühasirəyə alınmış atom elektrik stansiyasının ətrafındakı 18 yaşayış məntəqəsindən mülki əhalinin təxliyəsi barədə göstəriş verməsindən sonra Ukraynanın şərqində Zaporijjya atom elektrik stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib.

“Zaporijjia atom elektrik stansiyasının yaxınlığındakı ərazidə ümumi vəziyyət getdikcə gözlənilməz və potensial olaraq təhlükəli hala gəlir,” Rafael Mariano Qrossi verdiyi açıqlamada bildirib. “Mən stansiyanın üzləşdiyi real nüvə qəzası təhlükəsi və təhlükəsizlik risklərindən son dərəcə narahatam. Biz ciddi nüvə qəzası təhlükəsinin və bununla bağlı əhali və ətraf mühit üçün bunun nəticələrinin qarşısını almaq üçün indi hərəkətə keçməliyik,” Qrossi qeyd edib.

Arxiv fotosu - Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi agentliyin missiyasının Ukraynanın Zaporijye şəhərində atom elektrik stansiyasını ziyarət etməyə hazırlaşdığı vaxt mətbuat üzvləri ilə danışır, 1 sentyabr 2022.
Arxiv fotosu - Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi agentliyin missiyasının Ukraynanın Zaporijye şəhərində atom elektrik stansiyasını ziyarət etməyə hazırlaşdığı vaxt mətbuat üzvləri ilə danışır, 1 sentyabr 2022.

Atom elektrik stansiyası Rusiya və Ukrayna qüvvələri arasında döyüşlərin getdiyi ön cəbhənin yaxınlığında yerləşir. Ukrayna rəsmilərinin bildirdiyinə görə, bazar günü Rusiya stansiyanın yaxınlığında Ukraynanın nəzarətində olan Nikopol şəhərinə 30-dan çox mərmi atıb, nəticədə 72 yaşlı qadın ölüb, üç nəfər yaralanıb.

Associated Press agentliyinin məlumatına görə, Ukrayna qüvvələri də stansiyanın yaxınlığında hücumlar təşkil edib. Qrossi dəfələrlə nüvə obyekti ətrafında “gözlənilməz vəziyyətlərin getdikcə artması” ilə bağlı xəbərdarlıq edib. BBC-nin verdiyi məlumata əsasən, Qrossi zavodun reaktorlarının elektrik enerjisi istehsal etməsə də, hələ də nüvə materialı ilə dolu olduğunu deyib və bir neçə həftə əvvəl Zaporijjyaya səfər edərkən minalanmış sahədən keçməli olduğunu əlavə edib.

Rusiyanın və beynəlxalq rəsmilərin Ukraynanın əraziləri geri almaq üçün cəhd göstərəcəyini bildirdiyi vaxt Zaporijjya atom elektrik stansiyası ətrafında vəziyyətlər bağlı narahatlıqlar fonunda Moskva uşaqları və yaşlı üzvləri olan ailələrin Zaporojjya yaxınlığında Rusiyanın işğal etdiyi əraziləri tərk etməsini istəyib.

Ukrayna Baş Qərargahı Zaporijjya hadisələri və Rusiyanın göstərişi ilə evakuasiya ilə bağlı bildirib ki, “ilk olaraq işğalın ilk aylarında Rusiya vətəndaşlığını qəbul edənlər evakuasiya ediləcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG