Accessibility links

Ukrayna Rusiya raketinin Kupyansk Muzeyini vurduğunu bildirib


Rusiyanın Ukraynanın şərqindəki Kupyansk şəhərində yerləşən muzeyə endirdiyi raket zərbəsi nəticəsində ən azı bir nəfər ölüb, 10 nəfər yaralanıb. Prezident Volodimir Zelenski Baxmuta nəzarət uğrunda döyüşlərin şiddətləndiyi bir vaxt edilən hücumu “barbarlıq” adlandırdırıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleh Sinehubov AzadlıqRadiosuna deyib ki, aprelin 25-də Kupyansk şəhər mərkəzinə endirilən zərbə S-300 tipli raketlə həyata keçirilib. Raketlərdən biri Tarix-Diyarşünaslıq Muzeyinə düşüb. Sinehubov xilasetmə işlərinin davam etdiyini bildirib. Rəsmilər ən azı daha bir nəfərin dağıntılar altında ola biləcəyini deyib.

“Terrorçu ölkə bizi tamamilə məhv etmək üçün hər şeyi edir. Tariximizi, mədəniyyətimizi, xalqımızı. Ukraynalıları tamamilə barbar üsullarla öldürmək,” Zelenski Telegram-da yazıb və “biz cavab verməliyik və verəcəyik!” - deyə, əlavə edib.

Eyni zamanda, Ukrayna hərbçiləri bildirir ki, ötən gün ərzində Rusiya qüvvələrinin Baxmutda həyata keçirdiyi hücum dalğası artıb. Lakin Donetsk vilayətinin şərqindəki şəhər uğrunda aylarla davam edən döyüşdə tərəflərdən heç biri mühüm irəliləyiş əldə edə bilməyib.

“Baxmut şəhəri uğrunda şiddətli döyüşlər gedir,“ Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 25-də gündəlik hesabatında bildirib. Qərargah Moskvanın döyüş meydanında əsas hücumunun Baxmut-Avdiyivka-Maryinka cəbhə xəttinə yönəldiyi barədə məlumat verib.

Baş Qərargahın hesabatında deyilir ki, Rusiya qüvvələri Ukrayna ordusunun mövqelərinə və mülki obyektlərinə 62 hava və 6 raket zərbəsi endirib. Məlumatda həmçinin bildirilir ki, ukraynalı müdafiəçilər Rusiyanın Baxmut və Maryinkaya 43 hücumunu dəf ediblər.

Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi xəbərdarlıq edib ki, havalar istiləşməyə başlayan kimi Rusiya qüvvələri hücumlarını daha da artıra bilər.

“Biz bilirik ki, yazda hava yaxşılaşanda və artıq yaxşılaşmağa başlayır - biz rusların bəzi bölgələrdə hücuma keçmək istəyəcəyini gözləyə bilərik. Biz onların bunu harada və necə həyata keçirəcəklərini dəqiq bilmirik, lakin əmin olmaq istəyirik ki, ukraynalılar bu zaman daha yaxşı müdafiə oluna biləcəklər” - deyə, Kirbi aprelin 24-də Amerikanın Səsinə bildirib.

O, eyni zamanda əlavə edib ki, əgər Ukrayna qüvvələri öz əks-hücum əməliyyatlarını həyata keçirmək qərarına gəlsələr, onlar müvafiq imkanlara malik olmalıdırlar.

Artıq bir neçə aydır ki, hərbi ekspertlər yaz aylarında Ukraynanın böyük əks-hücuma hazırlaşdığı haqda məlumat verir və Ukrayna liderləri buna işarə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG