Accessibility links

Zəncanda ailələr qızlarını kimyəvi hücumlardan qorumaq üçün məktəb ətrafında keşik çəkirlər


Zəncan
Zəncan

İranın müxtəlif şəhərlərində qız məktəblərinə qaz və kimyəvi hücumlar davam edərkən bəzi bölgələrdə ailələr öz övladlarını qorumaq üçün hərəkətə keçiblər.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Zəcanlı ailələr övladlarını qorumaq məqsədilə birgə fəaliyyət başladıblar.

Azərbaycan insan haqları cəmiyyəti (Ərk) və Abbas Lisani adlı Telegram kanalının yaydığı xəbər və görüntülərə əsasən, Zəncanda bəzi məktəbli qızların valideynləri övladlarını kimyəvi hücumlardan qorumaq üçün sıra ilə məktəblərin ətrafında keşik çəkməyə başlayıblar.

İlk dəfə keçən noyabr ayında İranın dini təhsil mərkəzi olan Qum şəhərindəki qız məktəblərində baş verən zəhərlənmə hadisələri aylardır ki əhalini və xüsusilə qız şagirdlərin valideynlərini təşvişə salıb.

İranın əksər şəhərlərində baş verən zəhərlənmə və kimyəvi hücum hallarından dolayı bu günə qədər minlərlə məktəbli qız xəstələnib. Əhali hökümti şagirdləri qorumaq üçün lazımi addımları atmadığı üçün tənqid edir. Rəsmilər kimyəvi hücumların amilləri barədə ziddiyyətli açıqlamalar verirlər.

Amnesty International təşkilatı bu yaxınlarda xəbərdarlıq edib ki, "İranda qəsdən qız məktəblərinə qarşı davam edən kimyəvi qaz hücumları milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və həyat hüquqlarını risk altına alır."

Amnesty International İran hakimiyyətini hücumları lazımi şəkildə araşdırmamaqda və qarşısını almamaqda ittiham edərək, qızlarda aşkar edilən simptomların "stres", "həyəcan" və ya "ruhi yoluxma" kimi qiymətləndirini rədd edib.

XS
SM
MD
LG