Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Kərim Xəlilinin Təbrizdəki evində reyd keçirərək onu həmin şəhərin kəşfiyyat şöbəsinə çağırıb.
Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, aprelin 18-də təhlükəsizlik qüvvələri türk fəal Kərim Xəlilinin Təbrizdəki evinə daxil olub və onun evində reyd keçirdikdən sonra şəxsi əşyalarını müsadirə edib.
Daha sonra kəşfiyyat agentləri onunla telefon əlaqəsi saxlayaraq Təbrizdəki təhlükəsizlik qurumunun şöbəsinə gəlməsini istəyiblər. Yayılan məlumata görə, Xəlilidən aprelin 25-də dindirilmək üçün Kəşfiyyat Nazirliyinin Təbrizdəki şöbəsinə müraciət etməsi istənilib.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri bu türk fəalın evində reyd keçirdiyi zaman onun bəzi kitablarını, eləcə də kompüterini müsadirə ediblər.
Daha öncə də Kərim Xəlili dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.