İranlı siyasi ekspertlər və sosial media istifadəçiləri ali ruhani rəhbər Ayətullah Əli Xameneyini bu həftə dövlət siyasəti ilə bağlı ümumilli referendumunun keçirilməsini istisna etməsindən sonra tənqid edir.
Keçən il İran hökuməti əleyhinə kütləvi etirazlarla üzləşib və bu, keçmiş prezident Həsən Ruhaninin daxili və xarici siyasətlə bağlı referendumların keçirilməsini təklif etməsinə səbəb olub.
İranın ali lideri bu ideyanı rədd edib. O, həmçinin bildirib ki, bunun əleyhinədir, çünki "referenduma çıxarılan məsələni bütün insanların təhlil etmək səlahiyyəti yoxdur".
Fransada yaşayan siyasi fəal Hamed Şeybani Rad Amerikanın Səsinin Fars xidmətinə deyib ki, İslam Respublikasını formalaşdıran düşüncədə "44 ildən sonra heç bir dəyişiklik olmayıb" və "bunu Xameneyinin məsələləri təhlil etmək və referendumda düzgün seçim etmək üçün xalqın səriştəsizliyi ilə bağlı son sözlərindən də görmək olar".
Yeni İran Partiyasının müvəqqəti sözçüsü Şeybani Rad vurğulayıb: "Qırmızı və qara fəlsəfədən doğan rejim nə dəyişə, nə də dəyişdirilə bilər, onu yalnız devirmək olar".
Xameneyinin qardaşı oğlu Mahmud Muradxani çərşənbə günü Tvitter hesabında "Referendum və seçkilər Əli Xameneyinin fikrincə, nəticəni əvvəlcədən müəyyənləşdirdiyi zaman məna kəsb edə bilər".
İslam Respublikasına qarşı çıxan Muradxaninin sözlərinə görə, "Əli Xameneyi deyir: Təyinatlara bəli, seçkilərə hər zaman yox!".
İranda prezident və parlament seçkilərinə ruhani qurumlar nəzarət edir.
İran konstitusiyasına görə, referendum yalnız parlamentin üçdə ikisinin səsi və 12 üzvdən ibarət konstitusiya orqanının təsdiqi ilə mümkündür.