Accessibility links

İran 2020-ci ildə Ukrayna təyyarəsinin vurulması ilə əlaqədar 10 hərbçini həbsə məhkum edib


Arxiv fotosu: Tehranda insanlar Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində bəzilərinin keçmiş tələbələr olduğu qurbanların xatirəsini anmaq üçün Amrikabir Universitetinin qarşısında toplaşıb, 11 yanvar 2020.
Arxiv fotosu: Tehranda insanlar Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində bəzilərinin keçmiş tələbələr olduğu qurbanların xatirəsini anmaq üçün Amrikabir Universitetinin qarşısında toplaşıb, 11 yanvar 2020.

İranın ədliyyə orqanının internet saytına istinadən, İran 2020-ci ildə 176 nəfərin ölümünə səbəb olan Ukrayna təyyarəsinin vurulması ilə əlaqədar olaraq silahlı qüvvələrin 10 əməkdaşını həbsə məhkum edib.

Mizan Online saytında aprelin 16-da bir komandirin 10 il, digər doqquzunun isə bir ildən üç ilədək həbs cəzası aldığını bildirilib.

“Bu işə baxılması ölkədə son bir neçə ildə ən mühüm, həssas və mürəkkəb məhkəmə proseslərindən biri olub”- deyə, saytda qeyd edilib.

Veb saytda əlavə edilib ki, komandirin təyyarənin vurulmasına gətirib çıxaraın hərəkəti “onun vəziyyəti bilməməsi və aşkar edilmiş hədəfin düşmən olduğuna dair yanlış inancı ilə bağlıdır”.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 reysi 8 yanvar 2020-ci ildə Kiyevə gedərkən qəzaya uğrayıb və təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

İran rəsmi təkziblərdən bir neçə gün sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsinin Bağdad yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsi ilə yüksək rütbəli general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar ABŞ-la gərginliyin artması fonunda təyyarəni istəmədən vurduğunu etiraf edib .

Ölənlərin əksəriyyəti iranlı və kanadalı, 11 nəfər isə Ukrayna vətəndaşı olub. Həlak olanların ailələri şəffaflıq və hesabatlılıq tələb ediblər. İran hökuməti hər bir sərnişinin ailəsinə təzminat ödəmək üçün 150 min dollar ayırıb, lakin bəzi ailələr bu puldan imtina ediblər.

Kanada keçən il təyyarənin qəsdən vurulmasına dair heç bir dəlil tapmadığını bildirib. Kanada məhkəməsi qurbanlardan altısının ailəsinə 84 milyon dollar və faiz ödəyib.

Sənayesi inkişaf etmiş ölkələrin Böyük Yeddilər Qrupu (G7) keçən il birgə bəyanatında bildirib ki, İran PS752 reysinin vurulmasına görə məsuliyyət daşımalıdır.

“Biz İranın Ukrayna Beynəlxalq Hava Yollarının 752 saylı reysinin qanunsuz vurulmasına görə məsuliyyət daşıması üçün beynəlxalq səyləri dəstəkləməyə davam edirik,” 28 iyun 2022-ci il tarixli bəyanatda deyilir.

XS
SM
MD
LG